yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Prezident "WorldFood Azerbaijan" və “CaspianAgro 2017” sərgiləri ilə tanış olub

Prezident
17-05-2017, 14:36 81 198 dəfə baxılıb

Prezident İlham Əliyev bu gün Bakıda keçirilən 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi ("WorldFood Azerbaijan 2017") və 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("CaspianAgro 2017") sərgiləri ilə tanış olub.
Qeyd edək ki, keçirildiyi illər ərzində hər iki sərgi özünü mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olub. Uzun illərdir Kənd Təsərrüfatı Nazirliyi “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərinə yaxından dəstək göstərir. Bu il ilk dəfə olaraq “CaspianAgro” sərgisi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir. Sərgilər həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Iteca Caspian” və “CEO” (“Caspian Event Organisers”) şirkətləri çıxış edirlər.

Bu il “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir və bu şirkətlərin 70%-i xarici eksponentlər, 30%-i isə yerli iştirakçılardır.

Sərgilər Bakı Ekspo Mərkəzinin iki zalını və xarici meydançasını əhatə edir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: WorldFood, CaspianAgro, olub, tanish, ve, ile, Prezident, Azerbaijan, sergileri, 2017
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ