yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycan neft hasilatını 9,5% azaldıb

Azərbaycan neft hasilatını 9,5% azaldıb
15-05-2017, 12:47 57 338 dəfə baxılıb

Bu ilin yanvar-aprel aylarında ölkə sənayesində 12,6 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6% az sənaye məhsulu istehsal edilib

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8% artıb, neft sektorunda isə 7,5% azalıb.

Sənaye məhsulunun 70,5%-i mədənçıxarma sektorunda, 23,8%-i emal sektorunda, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 9,5%, əmtəəlik qaz hasilatı isə 0,2% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 3,7%, içkilərin istehsalı 39,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,2 dəfə, geyim istehsalı 73,6%, ağacın emalı və ağacdan məmulatların istehsalı 88,6%, kimya sənayesi məhsullarının istehsalı 11,7%, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 60,6%, tikinti materiallarının istehsalı 44,7%, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4%, kompüter və elektron məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 32,5%, mebel istehsalı 47,9% artıb, tütün məmulatlarının istehsalı 49,0%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,4%, kağız və karton istehsalı 2,8%, poliqrafiya məhsullarının istehsalı 60,7%, hazır metal məmulatlarının istehsalı 29,5%, maşın və avadanlıqların istehsalı 1,0%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2% azalıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: neft, 95, Azerbaycan, azaldib, hasilatini
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ