yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Dəmirbank" müştərinin hesabını necə talayır? - FOTOFAKT

12-05-2017, 16:17 86 833 dəfə baxılıb
yüklənir...

"Dəmirbank" müştərilərinin hesabından səbəbsiz yerə əlavə məbləğ çıxır. Bu barədə bankın müştərisi Mirzəzadə Mikayıl İlqar oğlu məlumat verib.
"Hesabımda 100 dollar pul var idi. SMS bankinq xidmətini aktivləşdirmək üçün banka müraciət etdim. Xidməti aktivləşdirəcəklərini və aylıq olaraq 6 AZN qarşılığında 3,11 dollar çıxılmalı olduğunu bildirdilər. Amma o biri mədaxil çıxarışına görə 1 dollar da əlavə tutulub. Yəni hesabımda 96,33 dollar olmalı idisə, 95,33 dollar pul qalıb".
Şikayətlərinin bununla bitmədiyini deyən vətəndaş bankın daha bir kələyi ilə üz-üzə qaldığını iddia edir:
"Facebook" sosial şəbəkəsində ödənişli reklamdan istifadə etmək istədim. Qeyd olunurdu ki, ödəniş etmək mümkün deyil. Sonradan balansıma baxdıqda isə hər cəhdə görə 1 dollar silindiyini gördüm. Əvvəlcə texniki nasazlıq olduğunu və pulumun geri qaytarıldığını desələr də, heç bir əməliyyat aparılmayıb. Bununla bağlı 3 dəfə bankın Yasamal filialına, 2 dəfə də qaynar xəttinə zəng vurmuşam, lakin bank məndən tutduğu pulları geri qaytarmaq niyyətində deyil".
Məsələ ilə bağlı "Dəmirbank"la əlaqə saxladıq. Yaranmış narazılığın səbəbləri barədə məlumat verməsələr də, sözügedən müştəri ilə əlaqə saxlanılacağını və probleminin qısa zamanda həll olunacağını bildirdilər:
"Müştəri ilə bağlı məlumatlarımızın gizliliyi səbəbindən bu barədə sizə heç bir məlumat verə bilmərik. Əgər həmin şəxsin hesabından pul çıxılıbsa, bunun müxtəlif səbəbləri ola bilər, lakin qısa zamanda həmin müştərimizlə əlaqə saxlayıb problemin həllinə çalışacağıq".

"Qaynarinfo"
"Dəmirbank" müştərinin hesabını necə talayır? - FOTOFAKT
"Dəmirbank" müştərinin hesabını necə talayır? - FOTOFAKT
"Dəmirbank" müştərinin hesabını necə talayır? - FOTOFAKT
"Dəmirbank" müştərinin hesabını necə talayır? - FOTOFAKT
"Dəmirbank" müştərinin hesabını necə talayır? - FOTOFAKT
"Dəmirbank" müştərinin hesabını necə talayır? - FOTOFAKT


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: mushterinin, Demirbank, nece, talayir, FOTOFAKT, , hesabini
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

29-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ