SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Deputat manatın taleyi ilə bağlı danışıb

Deputat manatın taleyi ilə bağlı danışıb

Tarix:

12-05-2017, 14:29

/ 87 654 dəfə oxundu.
Deputat manatın taleyi ilə bağlı danışıb

Millət vəkili Vahid Əhmədov manat ilə bağlı proqnoz verib.

Millət vəkilinin sözlərinə görə, hazırda idxalın azaldılması ilə ticarət dövriyyəsində müsbət saldo yaranıb.

Müəyyən qədər manat qıtlığı yaratmaqla məzənnəni saxlamaq mümkün olub. Sentyabrdan sonra bunu etmək daha çətin olacaq:

“Çünki elə məhsullar var ki, real sektorun inkişafı üçün Azərbaycan onu idxal etməyə məcburdur. Yəqin ki, manatın məzənnəsində hazırkı stabillik 2-3 ay davam edəcək.

Hesab edirəm ki, manat yenidən müəyyən həddə qədər ucuzlaşacaq. 2 manat həddinə yenidən yaxınlaşacaq. Ümumiyyətlə, 2017-ci il ağır ildir.

Ona görə ki, müəyyən istehsal sahələri yaradılır, kənd təsərrüfatına sərmayələr qoyulur. Bunların bəhrəsini isə 2018-2019-cü illərdə görəcəyik”.

Şərhlər

XƏBƏR LENTİ