yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Hökumət qərar verdi: Bu sahədə çalışanların əməkhaqqı artdı - Siyahı

Hökumət qərar verdi: Bu sahədə çalışanların əməkhaqqı artdı - Siyahı
12-05-2017, 13:39 86 859 dəfə baxılıb
yüklənir...

Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişikliklər edib.

İndiyə qədər dəyişikliyə əsasən bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr üçün tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 4,40 manat, dosent, fəlsəfə doktoruna 2,90 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,25 manat ödənilib.

Dəyişikliyə əsasən bundan sonra müvafiq olaraq elmlər doktoruna saathesabı 4,85 manat, dosent, fəlsəfə doktoruna 3,20 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,50 manat ödəniləcək. Buna qədər xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri üçün tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 5,20 manat, dosent, fəlsəfə doktoruna 3,75 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,55 manat ödənilib. Bundan sonra müvafiq olaraq professor, elmlər doktoruna saathesabı 5,75 manat, dosent, fəlsəfə doktoruna 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,80 manat ödəniləcək. İndiyə qədər aspirantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri üçün tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 6,30 manat, dosent, fəlsəfə doktoruna 4,40 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,90 manat ödənilib. Dəyişikliyə əsasən bundan sonra müvafiq olaraq tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 6,95 manat, dosent, fəlsəfə doktoruna 4,85 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 3,20 manat ödəniləcək.

Əməyin saathesabı ödənilmə məbləğlərinə məzuniyyət haqqı daxil edilir. İndiyə qədər müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,20 manat, dosent, fəlsəfə doktoru üçün 3,75 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,55 manat müəyyənləşdirilib. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,30 manat, çılpaq naturada isə 5,50 manat məbləğində müəyyən olunub. Əməyin saathesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunub. Dəyişikliyə əsasən bundan sonra müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,75 manat, dosent, fəlsəfə doktoru üçün 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 manat müəyyənləşdirilir. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,65 manat, çılpaq naturada isə 6,05 manat məbləğində müəyyən olunur. Əməyin saathesabı ödənilmə məbləğləri yenə də mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunacaq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: artdi, Hokumet, Bu, Siyahi, chalishanlarin, emekhaqqi, , qerar, sahede, verdi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

29-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ