yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Pirverdiyevin ayağında olan zərər: 109 milyon manat - RƏSMİ

Pirverdiyevin ayağında olan zərər: 109 milyon manat - RƏSMİ
12-05-2017, 11:39 84 630 dəfə baxılıb
yüklənir...

2016-cı ildə "Azərenerji" ASC-nin aktivləri 4 mlrd. 297,857 mln. manat olub ki, bu da 2015-ci illə müqayisədə 0,89% və 38,266 mln. manat çoxdur.

Bu barədə dövlət şirkətinin konsolidə edilmiş maliyyə hesabatında deyilir. Audit "Deloitte" tərəfindən aparılıb.

Aktivlərin 3 mlrd. 710,457 mln. manatı uzunmüddətli, 587,400 mln. manatı isə qısamüddətli aktivlərdir. Uzunmüddətli aktivlərin strukturunda 3 mlrd. 355,081 mln. manatı (-1,04%) əmlak, tikili və avadanlıq, 8,734 mln. manatı (-87,09%) əmlak, tikili və avadanlığın alınması üçün verilmiş avanslar, 335,486 mln. manatı (+6,23%) təxirə salınmış vergi aktivləri, 11,156 mln. manatı (+26,88 dəfə) təxirə salınmış vergi aktivlərinin payına düşür.

Qısamüddətli aktivlərin strukturuna nəzər saldıqda isə məlum olur ki, burada mal-material ehtiyatlarının payı 54,323 mln. manat (+5,02%), əvəzləşdirilən ƏDV-nin payı 325,027 mln. manat (+0,6%), ssudalar və debitor borcların payı 120,683 mln. manat (+51,75%), ödənilmiş avanslar və qabaqcadan ödənilmiş xərclərin payı 7,617 mln. manat (-71,74%), nağd pul və pul vəsaitlərinin ekvivalentlərinin payı 79,750 mln. manatdır (+20,32 dəfə).

Dövlət şirkətinin öhdəlikləri 18,4% və ya 644,026 mln. manat azalaraq 2 mlrd. 856,331 mln. manata çatıb ki, bunun da 833,055 mln. manatı qısamüddətli, 2 mlrd. 023,276 mln. manatı isə uzunmüddətlidir.

"Azərenerji" ASC-nin tssudalar və borc vəsaitləri üzrə borcları 1 mlrd. 800,543 mln. manatdır. 2015-ci ilin sonuna isə bu göstərici 1 mlrd. 659,513 mln. manat təşkil edib. Bununla yanaşı, şirkətin dövlət subsidiyaları üzrə öhdəlikləri 114,515 mln. manat (2015-ci ilin sonuna 234,677 mln. manat) təşkil edib. “Azərenerji”nin ticarət və digər kreditor borcları 79 min manat və ya 4,52% artaraq 1 mln. 825 min manat olub.

Ötən il ərzində dövlət şirkətinin enerji satışı, elektrik şəbəkəsinə qoşulma xidməti və digər satış gəlirləri 76 mln. 399 min manat və ya 10,41% artaraq 810 mln. 161 manata yüksəlib.

Şirkət ötən il nizamnamə kapitalını dəyişdirməyərək 1 mlrd. 760,495 mln. manat səviyyəsində saxlayıb, cəmi kapital isə 89,87% və ya 682,292 mln. manat artaraq 1 mlrd. 441,526 mln. manat təşkil edib.

2016-cı ildə 2 mln. 789 min manat mənfəət vergisi ödəyən ASC hesabat dövrünü 108,928 mln. manatlıq zərərlə başa vurub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: olan, ayaginda, , milyon, zerer, 109, Pirverdiyevin, RESM, manat
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

27-05-2017


26-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ