SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Unibank” zamin durmayan vətəndaşı həbs etdirir - Kredit qovğası/Foto

“Unibank” zamin durmayan vətəndaşı həbs etdirir - Kredit qovğası/Foto

Tarix:

30-04-2017, 13:31

/ 86 488 dəfə oxundu.
“Unibank” zamin durmayan vətəndaşı həbs etdirir - Kredit qovğası/Foto

Şəkinin Bideyiz kənd sakini İskəndərov Şahin İzzət oğlu “Unibank”ın yerli filialından həmkəndlisi Kərimov Rəhim Adışirin oğlunun götürdüyü kreditə görə zamin göstərilib
Buna görə də ona Şəki şəhər məhkəməsinin qərarı ilə həbs ediləcəyi barədə bildiriş gəlib. Ş.İskəndərov isə R.Kərimovun götürdüyü kreditdə zamin deyil.
Bu səbəblə Ş.İskəndərov “Unibank”ın Şəki şəhər filialına müraciət edərək bankdan pul götürən əsas şəxs R.Kərimova zaminliyinin olmadığını söyləyib.
O, R. Kərimovun bankla razılaşdırılmış məbləğdə ödəniş etdiyi halda ona həbs ediləcəyinə dair məktubların gəldiyininin səbəblərini maraqlanıb.
Bank nümayəndələri onun zaminliyinin olduğunu, ancaq borcun məhkəmə qərarında göstərilən kimi 5836.92 manat yox, 4300 manat olduğunu bildiriblər.
Ötən həftə Şəki İcra Şöbəsi tərəfindən Ş. İskəndərova 1 ayadək, daha sonra isə 3 ilə qədər həbs veriləcəyi bildirilsə də, məhkəmə qərarından şikayət verilərək həbs qərarının icrası müvəqqəti olaraq dayandırılıb.
Vətəndaşlar bankdan kredit götürərkən ona zamin duran şəxslər zaminlikdən imtina etmək hüququna malikdir. Amma bu haqda demək olar ki, heç kimin- nə borc götürənin, nə də ona zamin duran şəxsin məlumatı var.
Son vaxtlar heç də hamı kredit götürən şəxslərə zamin durmağa razı olmur. Buna səbəb öz iş yoldaşına , qohumuna və yaxınlarına zamin duran şəxslərin sonradan problemlərlə üzləşməsidir.
Yəni krediti götürən şəxslər öz öhdəliklərini vaxtında yerinə yetirmir və nəticədə zaminlər banklarla üz-üzə gəlir. Buna görə də hazırda özünə zamin tapmaq çox çətindir. Artıq zamin durmuş şəxslər isə zaminlikdən imtina etmək haqqında düşünürlər. Zamin dəyişdirilə bilər. Amma bankın razılığı olmaq şərtilə.
Hər bir banka sağlam zamin lazımdır. Əgər müştəri ilə zamin razılığa gələrsə, və bank buna müsbət cavab verərsə köhnə zaminlə müqavilə ləğv edilə bilər.
Amma bu zaman mütləq yeni zamin olmalıdır. Banka zaminin olması vacibdir. Bunun kim olması isə həmin müəssisə üçün o qədər də əhəmiyyətli deyil.
“Unibank” zamin durmayan vətəndaşı həbs etdirir - Kredit qovğası/Foto
“Unibank” zamin durmayan vətəndaşı həbs etdirir - Kredit qovğası/Foto

Şərhlər

XƏBƏR LENTİ