SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Bank Standart"ı onlar batırdı

"Bank Standart"ı onlar batırdı

Tarix:

30-04-2017, 12:48

/ 64 871 dəfə oxundu.
"Bank Standart"ı onlar batırdı

Bağlanan "Bank Standard"ın müflisləşməsinə səbəb olan rəhbərləri barədə hüquq-mühafizə orqanlarına şikayət edilib.

Bu barədə bankın ləğvedicisi olan Əmanətləri Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov məlumat verib.

Bildirib ki, bankın müflisləşməsinə və bağlanmasına onun açıq valyuta mövqeyi səbəb olub: "Araşdırmalar nəticəsində bankı idarə edənlər, kredit verənlərin əməllərində cinayət tərkibi üzə çıxarsa, onlar mütləq cəzalanmalıdırlar".

Xatırladaq ki, bankın işlək kreditlərinin həcmi 40 milyon manat təşkil edir. Bunun da 33,3 milyon manatı təminatlı kreditlərdir. Qeyri-işlək kreditləri isə 707 milyon manatdır. Bunun ancaq 271,2 milyon manatı təminatlı kreditlərdir. Bankın təminatsız kreditlərinin ümumi məbləği isə 442,9 milyon manatdır.

Şərhlər

XƏBƏR LENTİ