yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Yayda satılmayan bəzi malları ucuzlaşdırıblar, 1-2 qəpik…”

“Yayda satılmayan bəzi malları ucuzlaşdırıblar, 1-2 qəpik…”
20-04-2017, 17:08 86 186 dəfə baxılıb
yüklənir...

Xəbər verildiyi kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkə rəhbərliyinin tapşırığına əsasən süni qiymət artımına yol verən sahibkarlara qarşı mübarizə tədbirlərinə başlayıb
Dövlət Xidmətinin reydlərə başlayacağı haqda mətbuatda yayılan xəbərdarlığından sonra ölkənin əsas ərzaq istehsalçıları və idxalçılarından bəziləri, o cümlədən “Azərsun Holding”, “Veysəloğlu” şirkətləri 100-dən çox çeşiddə ərzaq və gündəlik təlabat mallarında endirimlər olduğunu açıqladı.
Bundan sonra digər şirkətlər də qiymətləri aşağı saldığını söylədi.
Bəs bu ucuzlaşdırma mağazaların piştaxtalarına qədər gedib çıxıbmı? Mağazalarda və supermarketlərdə hansı ərzaq malları ucuzlaşıb və nə qədər ucuzlaşıb?
İri ticarət mərkəzlərində apardığımız müşahidələrə görə isə, bəzi məhsullarda cüzi endirim olsa da, əsas tələbat mallarının qiyməti dəyişməyib. Məsələn, “Final” 800 qram qablaşdırılmış kəllə qənd hazırda 1 manat 9 qəpiyə satışdadır, satıcılar qiymətin təxminən 2 qəpik azaldığını söyləyirlər. 1 kiloqramlıq “Azərşəkər” qəndlərində isə vitrində yazıldığı kimi “super endirim” olub, bu məhsul 6 qəpik ucuzlaşıb.
“Azərsun” şirkətinin istehsal etdiyi “Zolotoye solnişko” günəbaxan və qarğıdalı yağının qiyməti aşağı düşüb, Xətai rayonundakı “Bazarstore” supermarketində 1 litrlik “Zalotoye solnişko” qarğıdalı yağı 3 manat 67 qəpiyə satılır. Beləliklə qiymətlərdə 5 qəpik endirim ediblər.
Supermarketin adını söyləmək istəməyən əməkdaşı deyir ki, endirim daha çox yayda satılmayan mallara tətbiq edilib. Məsələn, müxtəlif souslar 50-60 qəpik ucuzlaşıb. “Onsuz da “Zolotoye solnişko” yağına təlabat azdır. Buna görə də məhz bu yağlarda endirimlər çoxdur. Alıcılar daha çox “Final” və “Super sun” yağına üstünlük verirlər, bu yağların qiyməti isə dəyişməyib”,-satıcı izah edib.
“Bazarstore” supermarketində endirim tətbiq edilən malların siyahısında qablaşdırılmış kəllə qənd və şirniyyat məhsulları da var. Məsəkən, 1 kiloqramlıq kəllə qəndin qiyməti 6 qəpik ucuzlaşıb.
“Bravo” supermarketində də yağların qiyməti ilə maraqlanırıq. Kərə yağlarının qiyməti dəyişməyib, bitki yağları isə 2-5 qəpik ucuzlaşıb. Ucuzlaşma yenə də “Zolotoye solnişko” yağlarında hiss olunur. “Azərşəkər” 800 qramlıq kəllə qəndi 1 manat 57 qəpiyə, 800 qramlıq şəkər tozu isə 1 manat 16 qəpiyə satışdadır.
“Azərsun Holdinq”in açıqlamasında “Aura”, “Evim” markalı müxtəlif salfet və təmizlik məmulatlarına 6-18 faiz endirim olduğu göstərilmişdi. Lakin marketlərdə “Evim” solfetlərinin qiyməti yalnız 3 qəpik ucuzlaşıb. Amma “Calve” , “Knorr” və “Hellmans” markalı müxtəlif souslarda ucuzlaşma var.
“Fresko” marketindən isə ət, çay, düyü, yağın qiymətində əsaslı dəyişiklik olmayıb. Əvəzində mal ətinin qiyməti yenidən artıb. Hazırda “Bazarstore” də sümüksüz mal ətinin qiyməti 16 manat 90 qəpiyə təklif edilir. “Bravo” marketində də mal ətinin qiyməti 17-20 manat arası dəyişir.
Metronun “28 May stansiyasının yaxınlığındakı topdansatış mərkəzinin Abbas adlı satıcısı idə deyir ki, hazırda “Super sun” 1 kloqramlıq yağlarını 4 manat 60 qəpikdən alırlar, 5 manat 50-5 manat 60 qəpiyə satırlar. 1 litrlik “Final” qarğıdalı yağları mağazalara 4 manat 5 qəpiyə verilir, mağazalar isə 15-20 qəpik baha satır. 1 manat 90 qəpiyə satılan 100 qram “Berqa” çayı mağazalara 1 manat 75 qəpiyə verilir, son 3 ayda bu çayların qiyməti 40-50 qəpiyədək artıb. Topdansatış mərkəzlərində qənd və şəkər tozu 10 qəpiyədək ucuzlaşıb.
Yuyucu tozlarının qiymətində ucuzlaşma yoxdur, məsələn, “ABC” yuyucu tozu4 manat 90 qəpiyə satılır. “ABC” ağardıcı məhsulun qiyməti isə 1 manat 10 qəpikdən 2 manat 10 qəpiyədək bahalaşıb. “Ariel”, “OMO” tozlarının, şanpunların da qiyməti dəyişməyib.
Mərcimək, yumru düyü, qarabaşaq kimi dənli bitki məhsullarında isə endirimlər müşahidə edilmir. Kolbasa, sosiska, süd və ağartı məhsullarının qiymətində də ucuzlaşma müşahidə edilməyib.
Bəzi supermarketlərdə isə deyirlər ki, şirkətlərin elan etdiyi ucuzlaşma hələ onlara gəlib çatmayıb. Çünki hazırda əvvəlki qiymətə alınan malları satırlar. “Anbarlarda mal tükənəndə və yeni mal sifariş edəndə hansı topdansatış qiyməti olacaqsa ona uyğun yeni qiymətlər formalaşacaq”-söhbətləşdiyimiz işçilərdən biri deyib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-06-2017


23-06-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ