SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycandakı bankların sayı 20-yə enə bilər

Azərbaycandakı bankların sayı 20-yə enə bilər

Tarix:

20-04-2017, 15:26

/ 88 351 dəfə oxundu.
Azərbaycandakı bankların sayı 20-yə enə bilər

“Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq”.
Bunu iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, bu prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var: “Son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır. Doğrudur, sığortalanan əmanətlərin qaytarılmasında problemlər yoxdur. Amma, sığortalanmayan əmanətlərin verilməsi və eləcə də bank rəhbərlərinin məsuliyyət və öhdəliklərinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlərin işlənib tətbiq edilməsinə ehtiyac var. Bankların sayının azalması prosesinin ağrısız olması üçün isə bankların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi vacibdir”.

Şərhlər

XƏBƏR LENTİ