SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » MSŞT ikili standartlara son qoyarsa, Azərbaycan üzvlük məsələsinə baxa bilər - ARDNF

MSŞT ikili standartlara son qoyarsa, Azərbaycan üzvlük məsələsinə baxa bilər - ARDNF

Tarix:

18-04-2017, 15:17

/ 56 152 dəfə oxundu.
MSŞT ikili standartlara son qoyarsa, Azərbaycan üzvlük məsələsinə baxa bilər - ARDNF

"Azərbaycan 2003-cü ildən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT) qoşulub. Bu müddət ərzində biz hasilatla bağlı bütün məlumatları ictimaiyyətə açıqlamışıq. Bu müddət ərzində Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində 20-dən çox hesabat dərc etmişik". Bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, Azərbaycanın MSŞT-dən çıxmasının səbəblərini açıqlayıb: "Biz 2013-cü ildən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü tərəfindən Azərbaycana qarşı ikili standartların və qərəzli mövqenin sərgiləndiyini gördük. Mən dəfələrlə demişdim ki, bu münasibət davam edərsə, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxacaq. Bəzi "ekspertlər" deyirdi ki, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxması Azərbaycanın kredit cəlb etməsinə problem yaradacaq. Qeyd edim ki, Azərbaycanın əsas layihəsinin maliyyələşməsində heç bir problem yoxdur. Bütün maliyyə mənbələrindən, o cümlədən özəl təşkilatlardan Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsi üçün 2 milyard dollar vəsait cəlb edilib. Dünya Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnkişafı Bankı tərəfindən maliyyələşmə ehtiyacları təmin edilib. Başqa sözlə, bu amilin Azərbaycanın kredit reytinqinə təsiri olmayıb. Növbəti iddia o idi ki, Azərbaycan bu təşkilatdan ona görə çıxır ki, məlumatları gizlətmək istəyir. Bu iddialar da əsassızdır. Çünki, bu ilin aprelin 5-də prezident İlham Əliyev hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Artıq komissiyanın ilk iclası keçirilib. Biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxmaqla hasilatla bağlı məlumatları gizlətmək fikrində deyilik. Əvvəlki dövrdən də əhatəli hesabat dərc olunacaq. Biz bu prosesə müstəqil auditor da cəlb edəcəyik".
Ş. Mövsümov əlavə edib ki, ikili standartlar sərgilənməsi dayandırılarsa, Azərbaycan təşkilata qoşulmaq məsələsinə baxa bilər.

Şərhlər

XƏBƏR LENTİ