yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Mənzil bazarında qiymətlər dəyişdi

Mənzil bazarında qiymətlər dəyişdi
18-04-2017, 09:35 40 455 dəfə baxılıb
yüklənir...

Mart ayında təkrar mənzil bazarında qiymətlər dollarla ifadədə 0.49 faiz artıb, manatla ifadədə isə 5.88 faiz azalıb.

Bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə dollarla ifadədə qiymətlər 2.75 faiz azalıb, manatla ifadədə isə 9.17 faiz artıb.

İlkin mənzil bazarında qiymətlərə gəlincə isə N.İbrahimov bildirib ki, mart ayında dollarla ifadədə qiymətlərdə 3.91 faiz artım, manatla ifadədə isə 1.32 faiz artım qeydə alınıb. Onun sözlərinə görə, ilin əvvəli ilə müqayisədə dollarla ifadədə qiymətlər 5.67 faiz, manatla ifadədə isə 1.2 faiz artıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qiymətlər dollarla ifadədə 11.88 faiz, manatla ifadədə isə 25.59 faiz artıb.

Ekspert bildirib ki, mart ayında mənzil bazarında aktivlik 2.3 faiz artıb. Onun sözlərinə görə, aktivliyin artması öz növbəsində növbəti aylarda qiymətlərin də artmasına səbəb ola bilər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ifadədə, manatla, dollarla, artıb, qiymətlər, müqayisədə, sözlərinə, ayında, mənzil, bazarında, İbrahimov, dövrü, artım, bildirib, müvafiq, azalıb, aktivlik, aktivliyin, Ekspert, əvvəli
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ