SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Rüfət Aslanlının qərarı QHT sektorunu iflic edəcək - prezidentə şikayət

Rüfət Aslanlının qərarı QHT sektorunu iflic edəcək - prezidentə şikayət

Tarix:

17-04-2017, 09:58

/ 39 707 dəfə oxundu.
Rüfət Aslanlının qərarı QHT sektorunu iflic edəcək - prezidentə şikayət

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nağdsız bank əməliyyatlarının aparılması ilə bağlı verdiyi qərar vətəndaş cəmiyyətində çox ciddi etiraza səbəb olub. Bununla bağlı QHT sədri Niyaməddin Orduxanlı məlumat verib.
Onun sözlərinə görə, hal-hazırda bu qərar QHT sektorunda çox ciddi problemlər yaratmaqdadır: “ Bu qərar QHT-lərin fəaliyyətini iflic etməkdədir. Ölkədə 3000 QHT var. Və hər il Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasınının dəstəyi ilə yüzlərlə QHT-lərin layihələri dəstəklənir və icra olunur. Bu layihələrin böyük əksəriyyəti rayonlarda, bölkələrdə aparılır. Əgər Nəzarət Palatası belə bir məhdudiyyət yaradılıbsa, bundan sonra QHT rayonlarda necə layihəsini icra edə bilər?! Rayonlarda layihələrin icrası zamanı yüzlərlə, minlərələ insanın bu prosesə qoşulması olur. İndi baxın görün, rayonlarda yaşayan insanların necə faizinin bank hesabı var? Layihə çərçivəsində 3 ay və ya 6 ay fəaliyyət göstərirlər. Bu müddət ərzində maaş alırlar. Və başqa kiçik həcimli xərclər aparılır. İndi biz kiçik həcimli vəsaitləri necə həyata keçirdək? Biz QHT olaraq harda tapaq ki, rayonda yaşayan adamın həm də bank hesabı olsun? Və söhbət bir necə adaman getmir. Yüzlərlə insandan gedir.
QHT sədri bildirib ki, bu, qərar Azərbaycan dövlətinin maraqlarına zərbə vuran bəlli beynəlxalq təşkilatların əlinə verilmiş bahənə olacaq. Onlar bu qərardan istifadə edib, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətinin ağırlaşdırılmasına dair nöbəti hesabatlar hazırlayacaqlar və dünyanın aparıcı qurumlarına göndərəcəklər. Kimə lazımdır bu? Bəllidir ki, bir sıra beynəlxalq təşkilatlar var ki, onlar Azərbaycan imciinin korlanması üçün müxtəlif bəhanələr axtarırlar. Bu isə onlar üçün göydən düşmə bəhanə olacaq. Bilirsiniz ki, bu təşkilatların əksəriyyəti erməni diasporasına yaxın və onların maliyyə hesabına fəaliyyət göstərirlər. Həmçinin də nəzərə almaq lazımdır ki, artıq yüzlərlə QHT-lər buna etiraz etməkdədır. Artıq sosial şəbəkələrdə ölkənin çox məşhur QHT sədrləri buna öz etirazlarını edirlər. Və hal-hazırda demək olarki çox etirazlar başlanıb. Həttə bir sıra QHT –lər cənab prezident İlham Əliyevə müraciət etmək niyyətində olduqlarını yazıblar.
Onun fikrincə, bu məsələyə çox ciddi yanaşmaq lazmdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının nağdsız əməliyyatların aparılması ilə bağlı minimum həddin aradan qaldırılması başa düşülən deyil. Onsuz da QHT-lərə ayrılan vəsait çoxda deyil. Bir necə min manatı əhatə edir. Məsələn, 5 ayllıq layihəyə 6000 manat vəsait ayrılıb. Bu nə böyük vəsaitdir ki, hələ bir MBNP buna məhdudiyyət qoyur? Sadəcə, nəzərdə tutulan minumum həddi aradan qaldırmağı QHT qəbul edə bilmiyəcək və bu mümkün də deyil. Bu o deməkdir ki, layihənin icra dayanmalıdır. Belə çıxır ki, layihə icra olunmasın? Kiçik vəsaitlərin xərclənməsi hardadan təmin edək? İndi biz bunu necə həll edək?! 10-15 manat köçürülməsini hansı yolla edək? Biz Maliyyə Bazarlarına Nəzarət Palatasının bank vasitəsi ilə nağdsız əməliyyatların keçirilməsinə qarşı çıxmırıq. Fikrimiz odur ki, kiçik həcmli nağdsız bank əməliyatlarının aparılmasını düzgün hesab etmirik. Biz də maraqlıyıq ki, ölkədə maliyyə şəffaflığının təmin edilməsi üşün iri həcmli maliyyə vəsaitlərinin bank vasitəsi ilə həyata keçirilməsi vacidbdir və bunu dəstəkləyirik!
Ancaq bir daha qeyd etmək istəyirəm ki, kiçik həcmli maliyyə vəsaitlərinin nağdsız həyata keçrilməsi məsələsinə yenidən baxılmalıdır və burada müəyyən bir ortaq mövqeyə gəlinməlidir ki, QHT –lərə mane olmasınlar və onlar da dövlətdən aldıqları dəstəklə öz layihələrini icra edə bilsinlər.”

İstiqlal.az

Şərhlər

XƏBƏR LENTİ