yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bu lisenziyanın qiyməti 1 milyona qaldırıldı - Azərbaycanda

Bu lisenziyanın qiyməti 1 milyona qaldırıldı - Azərbaycanda
19-01-2017, 15:12 606 dəfə baxılıb

“Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi Milli Məclisdə maraqlı çıxışlarla yadda qalıb.

Xalqxeber.Az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan qanun layihəsində lisenziyalar üzrə dövlət rüsumlarının məbləğlərində dəyişikliyi nəzərdə tutur. Bildirilib ki, əgər əvvəllər dövlət rüsumu 22 min manatdan çox deyildisə, indi isə artıq layihədə 1 mln. manat rüsumlara rast gəlmək olar.

Mobil rabitə xidmətləri (texnioloji standartın adı göstərilməklə) 1 mln. manat dövlət rüsumu nəzərdə tutulub.

Layihədə teleradio yayımı üçün ümumrespublika televiziya yayımı üçün 50 min manat, Bakı şəhəri üzrə TV yayımı üçün 22 50 manat, regional TV üçün 1 500 manat, ümümrespublika radio yayımı üçün 2500 manat, Bakı şəhəri üzrə 1250 manat, regional radio yayımı üzrə 500 manat nəzərdə tutulub.

Layihədə olan rüsumlar lisenziya Bakıda oduqda 100 faiz həcmində, regionlarda olduqda 50% ödənilir.

Millət vəkili Vahid Əhmədov bildirib ki, bu günə qədər ən böyük rüsumun həcmi 22 min manat idi: “İndi deyirsiniz ki, müəyyən sahələrdə lisenziyaların verilməsi üzrə rüsumu iki dəfə azaltmısınız. Ancaq indi mobil rabitə üzrə rüsum 1 milyon manata qaldırılıb. Demək ki, bir sahədən azaltmısınızsa, digər sahəni artırmısınız. Bizdə 1 milyon rüsumu ödəməyə imkan varmı? Həmçinin televiziya yayımına 50 min rüsum qoymusunuz”.

Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov iradalara cavab olaraq bildirib ki, bu sahələr rentabelli olduğu üçün dövlət rüsumları artırılıb: “Söhbət “Azercell”, “ Bakcell”, “Nar Mobile” kimi iri şirkətlərdən gedir. Burada qanun layihəsində dəyişiklik ona xidmət edir ki, lisenziyalar üzrə rüsumlar birbaşa dövlət büdcəsinə daxil olacaq”.

Millət vəkili Tahir Mirkişili bildirib ki, Azərbaycanda lisenziyaların verilməsi müddətsizdir: “Bundan sonra kim mobil operator kimi ölkəyə gəlmək istəsə, lisenziya almaq üçün 1 milyon manat rüsum ödəməlidir. Həqiqətən də mobil sahə rentabellidir. Sahibkarlar bu pulu ödəyə bilər. İndi dünyada mobil danışıq məsələsi yoxdur. İnternet sisteminə keçilib. 1 dollar ödəyirsən, həm danışırsan, həm də yazışırsan”.

Vahid Əhmədov isə lisenziyaya əlavə rüsum məsələsi ətrafında yaranmış anlaşılmazlıqla bağlı komitə sədri Ziyad Səmədzadədən xahiş edib ki, Milli Məclisin iclaslarına nazir müavinləri dəvət olunsunlar: “Düzdür, mənim şöbə müdirlərinin savadına şübhəm yoxdur. Ancaq onlar bu işə məsul səlahiyyətli şəxs deyillər. Suallara aydınlıq gətirə bilmirlər” .


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ