SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Atabank”ın filial müdirindən fırıldaq: 100-lərlə vətəndaş kredit cəncəlində

“Atabank”ın filial müdirindən fırıldaq: 100-lərlə vətəndaş kredit cəncəlində

Tarix:

14-04-2017, 09:58

/ 111 843 dəfə oxundu.
“Atabank”ın filial müdirindən fırıldaq: 100-lərlə vətəndaş kredit cəncəlində

Ucarın 20 Yanvar küçəsi, ev 34 sakini, hüquq müdafiəçisi Purqafari Azər Ələsgər oğlu şikayət məktubu ilə prezidentə müraciət edib
O, Göyçay rayonu Ərəbcəbirli kənd sakini Abdullayev Aqil Musa oğlunun hüquqlarını müdafiə edir.
A.Abdullayevə qarşı "Atabank" ASC-nin Göyçay filialının müdiri Nizami Mahmudov tərəfindən edilmiş saxtakarlıq əməli ekspert rəyi və məhkəmə qərarı ilə sübut olunub.
“Amma cinayəti törətmiş vəzifəli şəxs hələ də cəzalandırılmayıb. Belə ki, Göyçay rayonu Ərəbcəbirli kənd sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abdullayev Aqil Musa oğlu rayonun mərkəzindəki maqazinində elektrik avadanlıqlarının kredit satışı ilə məşğul olur.
Rayon sakinləri ondan aldıqları malların pulunu hər ay hissə-hissə ödəyirlər. Göyçay rayonunun 100-dən çox sakini Aqil Abdullayevdən elektirik cihazları almaq üçün "Atabank" ASC-nin Göyçay filialından kredit pul götürürlər.
"Atabank" ASC-nin Göyçay filialının müdiri Nizami Mahmudov kredit götürən şəxslərlə sahibkar Aqil Abdullayev arasında saxta zaminlik müqavilələri bağlayır. Hansı ki, Aqil Abdullayevin bu zaminlik müqavilələrindən xəbəri olmamış və imza etməmişdir.
Götürdükləri krediti ödəyə bilməyən vətəndaşları "Atabank" ASC məhkəməyə verdikdə Aqil Abdullayev bundan xəbət tutmuşdur ki, onun xəbəri olmadan zaminlik müqaviləsinə əvəzinə saxta imza etməklə 100-dən çox vətəndaşa kredit verilib.
Aqil Abdullayevin zaminlik müqaviləsindəki imzaların ona aid olub-olmamasının yoxlanılması üçün məhkəmədə qaldırdığı vəsatət əsasında ekspert araşdırması keçirilir.
Məhkəmə xəttşünaslıq ekspertizasının 16 avqust 2016-cı il tarixli 16629 və həmin tarixli 16630 nömrəli rəyləri ilə iki iş üzrə 18.12.2013-cü il və 17.01.2014-cü il tarixli zaminlik müqavilələrindəki imzaların Abdullayev Aqil Musa oğlu tərəfindən yox başqa şəxs tərəfindən icra olunduğu təsdiq edilir”.
Məhkəmə xəttşünaslıq ekspertizasının 16 avqust 2016-cı il tarixli rəylərinə mötəbər sübut kimi qiymət verən Göyçay rayon məhkəməsinin qərarı ilə Aqil Abdullayev zaminlikdən azad edilir.
Hüquq müdafiəçisi qeyd edir: “Ancaq saxta zaminlik müqaviləsi tərtib edən "Atabank" ASC-nin Göyçay filialının müdiri Nizami Mahmudov barəsində tədbirlər görülmür. Hansı ki, o törətdiyi cinayət əməllərinə görə dərhal məsuliyyətə cəlb edilməlidir.
Bu korrupsiya əməlləri ilə savadsız vətəndaşların qanını sovuran Nizami Mahmudovun cinayət hərəkətlərinə qiymət verilib cəzalandırılması üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə şəxsən şikayət ərizəsi ilə müraciət etmişəm.
Bankın müdiri Nizami Mahmudov qanunu qaydada cəzalandırılana kimi mübarizəmi aparacam.
Mən mətbuat vasitəsi ilə də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə müraciət edib xahiş edirəm "Atabank" ASC-nin Göyçay filialının müdiri Nizami Mahmudovun korrupsiya cinayətini araşdırıb onu dərhal həbs edib barəsində tədbir görəsiniz. Əldə edilmiş konkret və mötəbər sübutlar buna tam əsas verir.

Əlaqə telefonum; (055) 893-43-25”.

Şərhlər

XƏBƏR LENTİ