SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycanlı milyarder Putinə söz verdi - “Satmıram...”

Azərbaycanlı milyarder Putinə söz verdi - “Satmıram...”

Tarix:

13-04-2017, 18:55

/ 110 170 dəfə oxundu.
Azərbaycanlı milyarder Putinə söz verdi - “Satmıram...”

Azərbaycanlı milyarder, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov Rusiya ərazisindəki avtoyanacaq doldurma stansiyaları şəbəkəsini satmayacaq.
Məlumata görə, bu barədə Vahid Ələkbərov Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.
“Bizim bütün avtoyanacaq doldurma stansiyalarını satacağımıza dair informasiya yayılıb. 10 illik inkişaf strategiyamızı nəzərə alaraq bunu qəbul etmədik”, - deyə “Lukoyl” rəhbəri söyləyib.
Onun sözlərinə görə, “Lukoyl” yanacaqdoldurma stansiyalarını modernləşdirir.
V. Ələkbərov Rusiyada şirkətin təxminən 3 min avtoyanacaq doldurma stansiyasının fəaliyyət göstərdiyini vurğulayıb.
Qeyd edək ki, şirkət Ukrayna, Litva, Estoniya, Latviya və Polşadakı aktivlərini satır.
Xatırladaq ki, “Lukoyl” şirkətinin il sonuna qədər Rusiya ərazisindəki bütün avtoyanacaq doldurma stansiyalarının satışına dair qərar qəbul etdiyinə dair xəbərlər yayılımışdı.
Məlumatda bildirilirdi ki, Vahid Ələkbərova il ərzində yanacaq doldurma stansiyaları şəbəkəsinin üçdə bir hissəsini 10 faizlə satmağı və ya yaxın iki il ərzində Rusiyadakı bütün avtoyanacaq doldurma stansiyalarından xilas olunmağı təklif olunub və holdinq rəhbərliyi ikinci variantı seçib: “Hazırda şirkət potensial investorlardan ərizələri qəbul edir. Artıq onların sayı 3-dür. Uzun müddətli xarici investorlar üçün təkliflər hazırlanır”.

Şərhlər

XƏBƏR LENTİ