SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Prezident süni qiymət artımına qarşı tapşırıq verdi - Dövlət Xidməti nəzarəti gücləndirdi

Prezident süni qiymət artımına qarşı tapşırıq verdi - Dövlət Xidməti nəzarəti gücləndirdi

Tarix:

12-04-2017, 17:57

/ 129 739 dəfə oxundu.
Prezident süni qiymət artımına qarşı tapşırıq verdi - Dövlət Xidməti nəzarəti gücləndirdi

İki gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsini önəmli məsələlərdən biri adlandıran Prezident İlham Əliyev vurğulayıb ki, süni qiymət artımına yol verilməməlidir.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə ünvanlandığı sorğuya cavab olaraq bildirilib ki, Atiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hökmran mövqedə olan təsərrüfat subyektləri tərəfindən qiymətlərlə manipulyasiya edilməsi, qiymətlərin gizli üsullarla qaldırılması, məqsədli mal qıtlığı yaradılması və s. yollarla istehlak bazarında qiymətlərin süni artırılması hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmış Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının verdiyi tapşırıqların icrası məqsədilə DövlətXidməti istehlak bazarında aparılan monitorinqlərin intensivliyini artırıb, istehlak bazarına nəzarəti daha da gücləndirib”.
Eyni zamanda, monitorinqlərin nəticələrinin müntəzəm olaraq təhlil olunduğu qeyd edilib:
"Qiymətlərdə qeydə alınan dəyişikliklərin səbəbləri araşdırılır, süni qiymət artımına yol verilməsinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Bu məqsədlə istehlak bazarında satışda olan malların əsas idxalçıları, istehsalçıları və satışı ilə məşğul olan sahibkarlarla, habelə aidiyyəti dövlət qurumları ilə birgə müzakirələr aparılır və müvafiq tədbirlər həyata keçirilir”.

Şərhlər

XƏBƏR LENTİ