SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Maşın bazarında vəziyyət necədir?

Maşın bazarında vəziyyət necədir?

Tarix:

6-04-2017, 18:00

/ 111 155 dəfə oxundu.
Maşın bazarında vəziyyət necədir?

Azərbaycanda ikinci əl avtomobil bazarında nisbi canlanma yaranıb.
Bu barədə avtomobil ekspertləri bildiriblər. Məlumata görə, mart ayından etibarən avtomobil satış mövsümünün başlaması satışlarda nisbi artıma səbəb olub.
Avtomobil eksperti Eyyub Əliyev bildirib ki, mart ayından etibarən ikinci əl avtomobil bazarında 1-2% civarında artım müşahidə edilir. Hazırda daha çox qiyməti 10-15 min manat arasında olan kiçik mühərrikli, istehsal ili 2010-ci ildən yuxarı olan və az yanacaq işlədən avtomobillər alınır. Xüsusilə də Rusiya, Çin və Cənubi Koreya avtomobillərinə maraq daha çoxdur.
Qiymətlərdə isə hazırda hər hansı bir dəyişiklik müşahidə edilmir.
Avtomobil alıcıları daha çox "Lada”lara üstünlük verirlər. Çin avtomobillərindən daha çox "Changan Eado”, "Baic A115” avtomobillərinə maraq artıb.
Ekspertin sözlərinə görə, köhnə "Mercedes” markalı avtomobillərlə bağlı tendensiya isə dəyişir. Xüsusilə də istehsal ili 2000-ci ilə qədər olan "Mercedes”lərə bazarda maraq azalıb.
Belə ki, bu avtomobillərin uzun müddət istismarda olması və servis xərclərinin artması alıcıları təxminən eyni qiymətə istehsal ili yeni olan avtomobillərə yönəldir. Yəni, köhnə "Mercedes”lərin yerini bazarda istehsal ili 2010-cu ildən yuxarı "KİA”, "Hyundai” və "Chevrolet” avtomobilləri tutur: "Məsələn, alıcılar 10-11 min manata "Mercedes ML”lə müqayisədə, 10-12 min manata 2012-ci il model "Chevrolet Aveo”, 13-15 min manata "Kia Cerato”, 13-14 min manata "Hyundai Accent” almağa üstünlük verirlər”.
Ümumilikdə isə E.Əliyev hesab edir ki, avtomobil satışlarında sentyabr ayına qədər yüksək həcmdə olmasa da, müəyyən qədər canlama müşahidə ediləcək.

Şərhlər

XƏBƏR LENTİ