SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Əmlak Komitəsi Mercedeslə telefonu eyni qiymətə hərraca çıxarır…

Əmlak Komitəsi Mercedeslə telefonu eyni qiymətə hərraca çıxarır…

Tarix:

29-03-2017, 13:19

/ 6 263 dəfə oxundu.
Əmlak Komitəsi Mercedeslə telefonu eyni qiymətə hərraca çıxarır…

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraclar davam etdirilir. Komitədən verilən məlumata görə, dövlət əmlaklarının özəlləşdirilməsi ölkəyə investisiya cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır. Hərraclara çıxarılan əmlaklar fərqli təyinata, iqtisadi sahəyə, investisiya paketinə və ölçülərinə malik əmlaklardır.
Qeyd edilməlidir ki, əmlakların coğrafiyası, yerləşmə mövqeləri də genişdir. Belə ki, paytaxtdan tutmuş respublikanın müxtəlif şəhər və rayonlarınadək müxtəlif növ daşınmaz dövlət əmlakları hərrac vasitəsilə potensial investorlara təklif olunur.
Komitə tərəfindən növbəti belə hərrac 28 mart tarixində baş tutub. Hərracda 14 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirilmiş əmlakların bir qismi kiçik dövlət müəssisə və obyekti, digəri isə istifadəsiz qeyri-yaşayış sahələrinə aiddir. Hərrac zamanı həmçinin nəqliyyat vasitələri də özəlləşdirilib.
Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən istifadəsiz qeyri-yaşayış sahələrinin bəzisi paytaxtda, digərləri isə regionlarda müvafiq olaraq Abşeron, Gəncə, Qəbələ və Salyanda yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilən daşınmaz əmlak paytaxtın Binəqədi rayonunda yerləşən kiçik dövlət müəssisə və obyekti olub. Belə ki, bu əmlak 180 min manata özəlləşdirilib. Hərracda yüksək qiymətə satılmış növbəti əmlak 121 min 250 manata özəlləşdirilən “Qərənfil” şadlıq kafesi isə olub. Adıçəkilən əmlak paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşir. Regionlarda keçirilən hərraclarda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Gəncə şəhərində yerləşən “2 saylı avtomobil dayanacağı”-dır. Qeyd olunan əmlak 89 min manata özəlləşdirilib.
2017-ci ilin ilk 3 ayında 10-a yaxın hərrac keçirilibki, bu hərraclarda özəlləşdirilən əmlaklar müxtəlif iqtisadi sahələrə aid olub. Keçirilən hərraclarda özəlləşdirilən əmlaklar tikinti, nəqliyyat, xidmət, sənaye, ictimai iaşə və sair sahələrin canlanmasına və inkişafına təkan yaradır. Belə müəssisələr və obyektlərdə fəaliyyət müasir tələblərə əsasən yenidən bərpa edilir və bununla da iqtisadi aktivliyə, yeni iş yerlərinin yaradılmasına səbəb olur.
Tamamilə şəffaf, rahat və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilən belə hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır.. Vətəndaşların hərraclarda özəlləşdirdikləri belə əmlaklar iqtisadi baxımdan onlar üçün mənfəət mənbəyidir. Əmlaka yiyələnən istənilən vətəndaş sonradan onu biznes predmetinə çevirə, icarəyə verə və ya digər qanunla icazə verilən məqsədlər üçün istifadə edə bilər.
Xatırladaq ki, hazırda Özəlləşdirmə portalına (privatization.az) daxil olaraq əmlakı seçib sifariş verməklə çox rahat şəkildə hərraca qatılmaq olur. Portalda hərraca çıxarılan hər bir əmlakın coğrafi yerləşməsi, vəziyyəti barədə fotoşəkillər və digər zəruri informasiyalarla tanış olmaq mümkündür. Hərracların elanı, gedişatı və nəticələri barədə aktiv ictimai məlumatlandırma komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və yeni yaradılmış “Privatization.az” səhifəsi vasitəsilə həyata keçirilir. “Privatization.az” facebook səhifəsi sosial şəbəkə vasitəsilə izləyiciləri məhz hərraclar barədə intensiv məlumatlandırmaq üçün yaradılıb. Səhifədə hər bir hərrac tarixi üçün özəlləşdirilməyə çıxarılan kiçik müəssisə, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi barədə detallı paylaşımlar edilir və əmlaka sifariş qaydası göstərilir.
Komitə tərəfindən növbəti hərrac 04 aprel tarixində keçiriləcək. Hərraca çıxarılan 145 əmlakdan 21-i səhmdar cəmiyyəti, 78-i kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi və 14-ü nəqliyyat vasitəsidir. Özəlləşdirilməyə çıxarıalan 16 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir. Hərraca çıxarılan əmlaklarla aşağıdakı linkdə tanış ola bilərsiniz: http://www.privatization.az/index.php/az/index.php?option=com_content&view=article&layout=edit&id=1490
Məlum olduğu kimi, hərracı müşahidə etmək üçün də heç bir məhdudiyyət yoxdur. Yəni istənilən vətəndaş və ya jurnalist hərrac günü Komitənin İnformasiya Texnologiyaları Mərkəzinə (Bakı, H.Əliyev pr., 139A) gəlib hərrac prosesini izləyə bilir.
Bütün bunların fonunda hərrəca çıxarılan əmlaklara və onların qiymətlərinə diqqət etdikdə sadəcə şok olursan. Təsəvvür edin ki, 2007-ci ilin avtomobili ilə sıradan bir telefonun qiyməti arasında 1000 manat fərq var. Məsələn, “C-2” markalı mobil telefonun qiyməti 1500 manat, “Mersedes-Benz 230 ” markalı minik avtomobilinin qiyməti isə 2500 manat. Bu qiymətləri hansı qaydalarla müəyyənləşdirirlər bəlli deyil. Yuxardakı linkdə bu məqamları çılpaqlığı ilə görmək mümkündür.

Bizimxeber

Şərhlər

XƏBƏR LENTİ