XalqXəbər.Az

"ASB Bank" müştərilərini itirməkdə davam edir - HESABAT

yüklənir...
"ASB Bank" müştərilərini itirməkdə davam edir - HESABAT
19-07-2019, 11:18
yüklənir...

"Azərbaycan Sənaye Bankı" (ASB) 2019-cu ilin 2-ci rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən, "ASB Bank"ın müştəriləri 50 mln. manata yaxın depozitini geri çəkib.
"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, bankın cəmi aktivləri 103 mln. 516 min manat azalaraq 916 mln. 160 min manata düşüb. Bundan başqa "ASB Bank"ın cəmi öhdəlikləri 107 mln. 350 min manat azalaraq 818 mln. 921 min manata enib. Bankın cəmi kapitalı 3 mln. 833 min manat azalaraq 97 mln. 238 min manata enib.

KREDİT PORTFELİ ARTIB, DEPOZİT PORTFELİ İSƏ AZALIB

Bankın müştərilərə verdiyi kreditlər 2018-ci ilin birinci yarısı ilə müqayisədə 40 mln. 775 min manat artaraq 308 mln.945 min manata bərabər olub. Bundan başqa bankda müştərilərin müddətli depoziti 47 mln. 417 min manat azalaraq 651 mln. 633 min manata bərabər olub.

ƏMƏLİYYAT VƏ XALİS MƏNFƏƏTİ ARTIB

"ASB Bank"ın xalis faiz gəliri 6 mln. 115 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 245 min manat çox), qeyri-faiz gəliri 6 mln. 530 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 3 mln. 237 min manat çox), qeyri-faiz xərci isə 5 mln. 767 min manat(ötən ilin eyni dövrü ilə müqayisədə 160 min manat çox) olub. Bununla da "ASB Bank"ın əməliyyat mənfəəti 2019-cu ilin ikinci rübündə 6 mln. 878 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 mln. 323 min manat çoxdur.

Bankın xalis mənfəəti 5 mln. 151 min manat olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2 mln. 819 min manat çoxdur.

"ASB Bank"ın məcmu kapitalı 2019-cu ilin ikinci rübündə 85 mln. 490 min manat olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 693 min manat çoxdur.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.