SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "SOCAR əməkdaşlıq üçün etibarlı tərəfdaşdır" - Ukraynanın baş nazirinin müavini

"SOCAR əməkdaşlıq üçün etibarlı tərəfdaşdır" - Ukraynanın baş nazirinin müavini

Tarix:

27-03-2017, 11:42

/ 1 557 dəfə oxundu.
"SOCAR əməkdaşlıq üçün etibarlı tərəfdaşdır" - Ukraynanın baş nazirinin müavini

"Ukraynanın Azərbaycan ilə əməkdaşlıq üçün böyük perspektivləri var".
Bunu Ukrayna baş nazirinin müavini Vladimir Kistion deyib.
"Eyni zamanda, dövlətimizin enerji təhlükəsizliyini təmin etmək məqsədilə təbii, mayeləşdirilmiş qazın diversifikasiyası üçün müxtəlif yollar axtarırıq. Bu gün Azərbaycan ilə yanacaq-sürtkü materialları, neft təchizatı, onun emalı və Ukrayna ərazisində satışı sahələlərində əməkdaşlıq nümunələrimiz var. Düşünürəm ki, kifayət qədər inkişaf etmiş səviyyədə infrastrukturumuz var və bununla neft və qaz daşınmasını təmin edə bilərik. Azərbaycan yanacağının Ukraynada istehlak edilməsi məqsədilə yeni terminalların tikilməsi imkanlarını nəzərdən keçirəcəyik, axı belə əməkdaşlıq baxımdan təcrübəmiz var", - deyə V.Kistion bildirib.
Ukraynanın baş nazirinin müavininin sözlərinə görə, SOCAR əməkdaşlıq və Ukrayna və Azərbaycan hökumətləri arasında əldə oluna biləcək razılaşmaların həyata keçirilməsi üçün etibarlı tərəfdaşdır.
"Ukraynada Azərbaycan Ticarət Evinin yaradılması ilə bağlı, fikrimcə, heç bir problem, maneə yoxdur. Əminəm ki, belə strukturun yaradılması Ukrayna-Azərbaycan münasibətlərində irəliyə doğru atılmış addım olacaq. Bu, azərbaycanlı investorların Ukrayna bazarına gəlməsi və öz məhsul və xidmətlərini təklif etməsi şəraitini yaxşılaşdıracaq", - V.Kistion vurğulayıb.

report

Şərhlər

XƏBƏR LENTİ