SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Prezidentdən sahibkarlıqla bağlı mühüm sərəncam – Kredit ayrılacaq

Prezidentdən sahibkarlıqla bağlı mühüm sərəncam – Kredit ayrılacaq

Tarix:

2-07-2019, 21:08

/ 887 dəfə oxundu.
Prezidentdən sahibkarlıqla bağlı mühüm sərəncam – Kredit ayrılacaq

Prezident İlham Əliyev Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında fərman imzalayıb.
“Fərmanda xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əlaqəli şəkildə həyata keçirilsin.

Nazirlər Kabinetinə tapşırılıb ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağlanılan kredit, texniki yardım və ya qrant alınmasına dair sazişlərə əsasən həyata keçirilən proqramlara (layihələrə) Agentliyin cəlb olunmasını təmin etsin.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər:

- sazişlər üzrə həyata keçirilən proqramlarda (layihələrdə) KOB subyektlərinə dəstəyin istiqamətləri, məqsəd və məzmunu, gözlənilən nəticələr, belə dəstəklə əhatə olunan KOB subyektlərinin sayı barədə məlumatların sazişlərlə bağlı danışıqlara başlanılmasına dair təkliflərə əlavə olunmasını təmin etsinlər;

- sazişlər üzrə həyata keçirilən proqramlara (layihələrə) cəlb edilən KOB subyektlərinin seçilməsini “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.2-ci bəndində nəzərdə tutulan reyestr vasitəsilə həyata keçirsinlər;

- KOB subyektlərinin adları ayrı-ayrılıqda qeyd edilməklə, KOB subyektlərinə ünvanlanmış dəstək tədbirləri haqqında məlumatların Agentliyə təqdim olunmasını təmin etsinlər;

- sazişlərin əhatə etdiyi proqramlar (layihələr) üzrə KOB subyektləri üçün həyata keçirilmiş dəstək tədbirləri haqqında aşağıda qeyd edilən məlumatların ildə bir dəfədən az olmayaraq, proqram (layihə) tam başa çatdıqdan sonra isə yekun məlumatların Agentliyə təqdim olunmasını təmin etsinlər:

- KOB subyektinin dəstək aldığı proqramın (layihənin) məqsədi, istiqaməti və məzmunu;

- müvafiq proqram (layihə) vasitəsilə dəstək almış KOB subyektinin adı;

- KOB subyektinə göstərilmiş dəstəyin növü, forması və ölçüsü;

- KOB subyektinə dəstək göstərmiş təşkilatın adı;

- KOB subyektinə dəstəyin göstərilmə müddəti və tarixi;

- dəstəyin göstərilməsi, yaxud dayandırılması haqqında qərarın tarixi;

- dəstəkləmə qaydasının və şərtlərinin pozulması, o cümlədən məqsədli təyinatını pozmaqla dəstəkdən istifadə edilməsi haqqında məlumat (olduğu halda);

- dəstək proqramının (layihənin) KOB subyektinin sahibkarlıq fəaliyyətinə təsiri.

İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatları əsasında xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri KOB subyektlərinin dəstəklənməsi proqramları (layihələri) üzrə qeydə alınan texniki yardım və qrant müqavilələri (qərarları) barədə məlumatların Agentlik vasitəsilə ümumiləşdirilməsini təmin etsin.

Şərhlər

XƏBƏR LENTİ