SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » 395 milyon 850 min manat... – Nazirin şirkəti haqda son xəbər

395 milyon 850 min manat... – Nazirin şirkəti haqda son xəbər

Tarix:

2-07-2019, 15:42

/ 1 371 dəfə oxundu.
395 milyon 850 min manat... – Nazirin şirkəti haqda son xəbər

İyun ayının əvvəlində “Gilan”-ın və holdinqə daxil olan bəzi şirkətlərin nizamnamə kapitallarının artırılacağı barədə məlumat yayılmışdı.
Bu haqda “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, iyun ayının 28-də şirkətin nizamnamə kapıtalının həcmi artırılaraq, 395,850,678 manata çatdırılıb. Daha əvvəl isə bu məbləğ 22,182,402 manat təşkil edirdi.

Xatırladaq ki, daha öncə yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib ki, bu da Holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.

1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.

Şirkət Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova məxsusdur.

Şərhlər

XƏBƏR LENTİ