XalqXəbər.Az

“Vergi-gömrük sahəsi ölkənin xroniki xəstəliyidir” – Ekspert

yüklənir...
“Vergi-gömrük sahəsi ölkənin xroniki xəstəliyidir” – Ekspert
13-06-2019, 17:16
yüklənir...

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətləri Azərbaycanda biznes üçün riskləri açıqlayıb. Rəyi soruşulanların 68%-i bazarın qeyri- müəyyən istiqamətdə inkişafını, 61%-i bürokratiyanı, 57%-i korrupsiyanı, 53%-i ixtisaslı kadr çatışmazlığını, 46%-i isə inflyasiyanı risk kimi göstəriblər.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, tək cavab seçmək şərti ilə rəyi soruşulan şirkətlərin 17%-i vergi sistemində şəffaflığın artırılmasını, 16%-i gömrük sistemində şəffaflığın artırılmasını, 13%-i təhsil sisteminin onların tələblərinə uyğunlaşdırılmasını, 13%-i hüquq sistemində şəffaflığın təmin edilməsini, 11%-i isə maliyyə sektorunda şəffaflığın və sabitliyin gücləndirilməsini istəyiblər.

“Bazarın qeyri müəyyən istiqamətdə inkişafı deyəndə AB şirkətləri üstüörtülü şəkildə qeyd ediblər ki, bu məmləkətdə hər şey - o cümlədən onların biznes layihələri neftin qiymətindən asılıdır. Neft baha olan kimi dövlət xərcləri artır, onların da gəlirləri yüksəlir, qiymət düşsə onlar da batırlar.

Bürokratiya və korrursiya - sistem problemidir, birbaşa idarəetməyə bağlıdır.

Kadr çatışmamazlığı - təhsil sistemi zəifdir deməkdir, amma bu təhsilin problemi deyil. Yaxşı kadr = azad və rəqabətli iqtisadiyyat - bu formul ölkədə işləmir deyə təhsil zaydı.

Vergi-gömrük sahəsi ölkənin xroniki xəstəliyidir və əsas səbəb yenə idarəetmə sistemi və hökumətin hər iki sahənin fəlsəfəsini, missiyasını anlamamasından irəli gəlir.
Hüquq sistemi deyəndə tifillər fəryad edir ki, ölkədə ədalətli məhkəmə yoxdur, halbuki hələ onlara yönəlik ölkədə bir az mədəni davranırlar.

Qısası, AB şirkətləri də deyir ki, sistem dəyişməlidir ki, ölkə müsbətə doğru dəyişsin”.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.