SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycandakı risklər açıqlandı – Korrupsiya, bürokratiya, inflyasiya…

Azərbaycandakı risklər açıqlandı – Korrupsiya, bürokratiya, inflyasiya…

Tarix:

13-06-2019, 12:05

/ 933 dəfə oxundu.
Azərbaycandakı risklər açıqlandı – Korrupsiya, bürokratiya, inflyasiya…

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) şirkətlərinin 65%-i Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin effektivliyini yüksək qiymətləndirir.
Bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəy sorğusu əsasında hazırladığı “Aİ və Azərbaycanda Biznes Mühiti-2019” hesabatında bildirilir.

Sənədə əsasən, Aİ şirkətlərinin 75%-i yenidən Azərbaycana investisiya qoya biləcəklərini, 18%-i buna əmin olmadığını, 7%-i isə ölkəyə yenidən investisiya qoymayacağını qeyd edib.

Bundan başqa, şirkətlərin 64%-i bu il ölkənin iqtisadi perspektivlərin sabit qalacağını bildirib.

Şirkətlər Azərbaycanda biznes üçün riskləri də açıqlayıb. Rəyi soruşulanların 68%-i bazarın qeyri- müəyyən istiqamətdə inkişafını, 61%-i bürokratiyanı, 57%-i korrupsiyanı, 53%-i ixtisaslı kadr çatışmazlığını, 46%-i isə inflyasiyanı risk kimi göstəriblər.

Report

Şərhlər

XƏBƏR LENTİ