SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

Tarix:

12-06-2019, 17:53

/ 847 dəfə oxundu.
Prezident sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Şərhlər

XƏBƏR LENTİ