SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Mənə qanunsuz vergi borcu yazıblar” – Keçmiş iş adamı

“Mənə qanunsuz vergi borcu yazıblar” – Keçmiş iş adamı

Tarix:

16-05-2019, 16:51

/ 1 170 dəfə oxundu.
“Mənə qanunsuz vergi borcu yazıblar” – Keçmiş iş adamı

Məmurların sahibkarları incitməsi artıq adi bir hala çevrilib. Məhz bu təzyiqlərdən sonra qurduqları iş yerlərini bağlayan, xaricə üz tutan yüzlərlə sahibkarlar var. Bu sahibkarlardan biri də Mehdiyev Rəşid Abbas oğludur.
Eks-sahibkar “Yeni Sabah”a müraciət edərək ona haqsız yerə təhkim edilən vergi borcundan danışıb. O bildirib ki, 2007-ci ildə Kəmaləddin Məmmədovla birlikdə “Tikinti Elektirik Quraşdırma və Sazlaşdırma” adında bir firma açıblar:

“Kəmaləddin təsisçi idi, mən də direktor vəzifəsini icra edirdim. Yeddi ay işlədikdən sonra audit yoxlama gəldi. Birinci yoxlamadan təmiz keçdik. Növbəti ayda daha bir yoxlama gəldi. İkinci yoxlamada vergi borcumuzun olması üzə çıxdı. Halbuki biz vergidən yayınmamışdıq. Bu qanunsuzluqdan sonra Baş Prokurorun birinci müavini Rüstəm Usubova teleqram vurdum. Teleqramıma cavab gəlmədiyini görüb bu dəfə Prezident İlham Əliyev və Mehriban xanım Əliyevaya teleqramla müraciət etdim.

Bu müraciətdən sonra Rüstəm Usubov məni yanına çağırıb dedi ki, bizim üstümüzdən keçirsən? Mən də ona teleqram vurub cavab almayınca Prezidentə müraciet etdiyimi dedim. Bu qəbuldan sonra ekspertiza qrupu təyin oldu və aufit yoxlamanın aşkarladığı məbləğdən qat-qat az vergi borcumun olduğu üzə çıxdı. Təxminən 5500 manat. Mən bu borcu ödədim. Hesabı bağladıq və bütün sənədlər təhvil verildi istintaq idarəsinə. Mənə akt verdilər ki, heç bir borcun yoxdur.

Bundan sonra firma fəaliyyətini dayandırdı. Bu hadisədən 10 il keçəndən sonra məktub gəldi ki, dövlətə vergi borcunuz var. Məbləğ də 2400 manat. Məktubu götürüb getdik Nərimanov rayon məhkəməsinə. Bizə oradan bildirdilər ki, sizin həqiqətən də borcunuz var və ölkədən çıxa bilməzsiniz. Ölkədən çıxışımıza qadağa qoyublar. Səbəbini soruşduqda isə bildiridilər ki, bu haqda biz heç bir şey deyə bilmərik. Bizim iştirakımız olmadan, olmayan sənədlərə qiyabi şəkildə audit yoxlama keçirib bizə cərimə yazıblar. Halbuki, firmanın bank hesabı bağlı olub və heç bir dövriyyə həyata keçirilməyib. İqtisad məhkəməsi öz-özünə məhkəmə qurub və bu qərarı alıb.

Mən 10 ildir işləmirəm. İndi bu vergi borcunu niyə ödəyim? Hara ödəyim? Hansı səbəbə ödəyim? Nərimanov Rayon Məhkəməsinin qərarı ilə razılaşmadıq və Apelyasiya Məhkəməsinə müraciət etdim. Onlar da eyni qərarı qüvvədə saxladı.

Sonra Vergilər Naziri Mikayıl Cabbarova elə bu məzmunda müraciət etdim. O da bildirdi ki, bu qərar doğrudur və vergi borcu ödənilməlidir. Neçə dəfə müraciət etmişəm ki, mənə sənəd təqdim edin. Sənəddə göstərilsin ki, hansı dövriyyəyə görə mən dövlətə bu qədər pul ödəməliyəm. Mən oğlumun üç yetim qızını böyüdürəm. Onların boğazından kəsib dövlətə pul ödəmliyəm?”.

Şərhlər

XƏBƏR LENTİ