SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Əhmədzadənin oğlu Türkiyədə yeni şirkət açdı

Əhmədzadənin oğlu Türkiyədə yeni şirkət açdı

Tarix:

24-04-2019, 23:44

/ 1 111 dəfə oxundu.
Əhmədzadənin oğlu Türkiyədə yeni şirkət açdı

Baş bankir Elman Rüstəmovun kürəkəni və Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə xaricdə yeni şirkət təsis edib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. O, bildirib ki, C.Əhmədzadə Türkiyədə HORİZONİST DIŞ TİCARET LİMİTED şirkətini ötən ayın 1-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçirib. Şirkət üçün İstanbulun Sarıyer bölgəsində, MASLAK MAH. AOS 55.SOK. 42 MASLAK SİT. NO:2/7 ünvanında ofis götürüb.

Nizamnaməsinə görə şirkət topdan xarici ticarətlə, yəni Türkiyədən Avropaya ixracla məşğul olacaq, Avropadan Türkiyəyə avadanlıqlar gətirəcək, bu şirkət üzərindən digər şirkətlərə sərmayə yönəldərək ortaqlıq və daşınmaz əmlaklar əldə edəcək.
Əhmədzadənin oğlu Türkiyədə yeni şirkət açdı
Əhmədzadənin oğlu Türkiyədə yeni şirkət açdı

Şərhlər

XƏBƏR LENTİ