SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Yeni qanun vətəndaşların deyil, bankirlərin marağını müdafiə edir- ƏLİ MƏSİMLİ

Yeni qanun vətəndaşların deyil, bankirlərin marağını müdafiə edir- ƏLİ MƏSİMLİ
21-10-2016, 17:11360Oxunub.

Qanun layihəsi kreditorların deyil, bankirlərin mövqeyini müdafiə edir.
Bu fikri millət vəkili Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Kredit  büroları haqqında” qanun layihəsinin ikinci oxunuşda  müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu qanun layihəsi ancaq bankirlərin mövqeyini müdafiə edir: "Burada biz nə əmanətçinin, nə xalqın, nə də ki, kredit götürənin marağı müdafiə olunmur”.
 Müzakirələrdə çıxış edən millət vəkilləri qanun layihəsi ilə bağlı öz təkliflərini veriblər.
Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. 
Qeyd edək ki, 4 fəsil, 23 maddədən ibarət qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ