SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Dollarla vergi ödəyənlərə güzəşt edilməyəcək" - Vergilər Nazirliyi

"Dollarla vergi ödəyənlərə güzəşt edilməyəcək" - Vergilər Nazirliyi

Tarix:

18-01-2017, 12:36

/ 1 897 dəfə oxundu.
"Dollarla vergi ödəyənlərə güzəşt edilməyəcək" - Vergilər Nazirliyi

Vergilər Nazirliyi ölkədə xarici valyuta ilə vergi ödəyənləri açıqlayıb.

Nazirliyin Aparat rəhbəri, vergi xidməti müşaviri Ağasəməd Əfəndiyev bildirib ki, vergi məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində vergilər Azərbaycanın pul vahidi olan manatla hesablanır və ödənilir:

"Məcəllənin 2.4-cü maddəsinə əsasən, bəzi hallar istisna olmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz. Bu istisnalardan biri kimi Vergi Məcəlləsinin 2.4.6-cı maddəsində hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar göstərilir. Həmin sazişlərdə vergilərin hesablanması və ödənilməsi, habelə uçotun xarici valyuta ilə aparılması öz əksini tapıb".

"Bu sazişlər çərçivəsində fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə ödənişlər xarici valyuta ilə aparılır və qanunvericilikdə valyutanın məzənnəsinin dəyişməsi və ya digər səbəbdən belə vergi ödəyicilərinə hansısa güzəştin verilməsi nəzərdə tutulmayıb", - deyə A.Əfəndiyev əlavə edib.

Şərhlər

XƏBƏR LENTİ