SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bu gün FED qərarını verəcək - Dolları nə gözləyir?

Bu gün FED qərarını verəcək - Dolları nə gözləyir?

Tarix:

15-03-2017, 10:46

/ 1 572 dəfə oxundu.
Bu gün FED qərarını verəcək - Dolları nə gözləyir?

Bu gün ABŞ Mərkəzi Bankı Fed-in dünən başlamış iclası başa çatacaq.

Fed faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Fed-in faizi 0,75%-dən 1%-ə qaldıracağı gözlənilir.

Saat 22:30-da isə Fed sədri Janet Yellen medianın suallarını cavablandıracaq. İnvestorlar Fed-in faiz artıracağına 100% ehtimal verirlər. İndi əsas məsələ bu il Fed-in neçə dəfə faiz artıracağıdır.

Fed-in faiz qərarı açıqlanan zaman Dolların mühüm valyutalara qarşı məzənnəsi hərəkətli ola bilər.

Beynəlxalq kredit reytinqi agentliyi Moodys, ABŞ Mərkəzi Bankının (Fed) bu gün verəcəyi faiz qərarının pul siyasətinin sərtləşdirilməsi (faizin artırılması) yolundakı irəliləyişi müəyyən edəcəyini bildirib.

Moodys-dan edilən açıqlamada, Fed-in 14-15 Martda keçirilən iki günlük iclası başa çatdıqdan sonra bankın faizləri 25 bənd artıracağını gözlədiyini qeyd edib.

Açıqlamada Fed-in bu il 2 və ya 3 dəfə faiz artıracağının nəzərdə tutulduğu və faizi nisbətinin bu il 1,5-1,75% aralığına qədər yüksələcəyi bildirilib.

Amerika iqtisadiyyatının tam məşğulluğa nail olmağa yaxınlaşdığı vurğulanan açıqlamada, bunun artan maaşlara əks olunduğu qeyd edilib. Həmçinin inkişaf etmiş ölkələrdə inflyasiya faizlərinin artmağa başladığına diqqət çəkilib.

Şərhlər

XƏBƏR LENTİ