SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Dollar kreditlərinə ediləcək güzəşti belə hesablayın - KALKULYATOR

Dollar kreditlərinə ediləcək güzəşti belə hesablayın - KALKULYATOR

Tarix:

4-03-2019, 13:22

/ 927 dəfə oxundu.
Dollar kreditlərinə ediləcək güzəşti belə hesablayın - KALKULYATOR

Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar güzəşt kalkulyatorunu tərtib edib. Müştərilər həmin kalkulyatordan istifadə edərək məbləği hesablaya bilərlər.

Qeyd edək ki, güzəşt məbləği ilk növbədə, fiziki şəxsin fəaliyyətdə olan və lisenziyası ləğv olunmuş bütün bank və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir, qalan məbləğ isə həmin fiziki şəxsin sərəncamına verilir. Əsas kredit borcları üzrə cəmi qalıq məbləği kalkulyatorun müvafiq sahəsinə daxil edilir. Əsas kredit borcları dedikdə, fəaliyyətdə olan və lisenziyası ləğv olunmuş bütün bank və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) qarşısında kreditlərin əsas məbləğlərinin cəmi nəzərdə tutulur;

Digər xarici valyutada olan kreditlərin qalıq məbləği Mərkəzi Bankın həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya olunaraq qeyd edilir.

Şərhlər

XƏBƏR LENTİ