SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Veysəloğlu” şirkəti iflasa uğrayır?– Daxildə ciddi qalmaqallar yaranıb (İddia)

“Veysəloğlu” şirkəti iflasa uğrayır?– Daxildə ciddi qalmaqallar yaranıb (İddia)

Tarix:

26-02-2019, 00:50

/ 1 382 dəfə oxundu.
“Veysəloğlu” şirkəti iflasa uğrayır?– Daxildə ciddi qalmaqallar yaranıb (İddia)

“Veysəloğlu” Şirkətlər Qrupunun daxilində ciddi problemlərin ortaya çıxdığı iddia edilir.

Minval.info-nun əldə etdiyi məlumata görə, özəl qurumda işçilərin əmək haqları məsələsi müzakirəyə çıxarılıb. Söhbət “OBA”, “Araz” supermarketlər şəbəkəsində, “Ulduz” Şokolad Fabrikindən və Veysəloğlu MMC-dən gedir.

Belə ki, adıçəkilən holdinq işçisinin hər birinin əmək haqqı özəl qurumun daxilində fəaliyyət göstərən şirkətlərin maliyyəsi hesabına formalaşır. “Veysəloğlu” Şirkətlər Qrupunun əməkdaşı hansı şirkət üçün daha çox iş görürsə, bu iş əmsalı müqabilində ödəniş edilir. Rəqəmlər şirkətlər arasında bərabər və ya müxtəlif paylanıla bilər. İddiaya görə, hazırda holdinqin daxilində bununla bağlı problemlər yaranıb və adıçəkilən şirkətlər ödənişdən imtina edirlər.

Belə bir vəziyyətin işçilərin kütləvi ixtisarına səbəb olduğu deyilir. Artıq 100-dən çox əməkdaşın “Veysəloğlu” Şirkətlər Qrupundan uzaqlaşdırıldığı söylənilir. Bundan əlavə, iddia edilir ki, heç bir işçinin təzminatı ödənilmir.

Şərhlər

XƏBƏR LENTİ