SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » SOCAR yeddi neft tankeri alıb

SOCAR yeddi neft tankeri alıb

Tarix:

13-03-2017, 10:07

/ 1 740 dəfə oxundu.
SOCAR yeddi neft tankeri alıb

SOCAR ötən ay öz donanmasına 7 ədəd neft tankeri əlavə edib."Reuters" agentliyinə istinadən xəbər veririk ki, şirkət Aralıq və Xəzər dənizlərində özünün nəqliyyat potensialını genişləndirmək niyyətindədir.

SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Trading SA" şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib ki, tankerlərin əldə olunması şirkətin bazar payı uğrunda apardığı strategiyanın bir hissəsidir: "Logistika üzərində nəzarət ticarət strategiyasının həyata keçirilməsi zamanı üstünlüklər verir".

Ötən ay bağlanan razılaşmaya əsasən SOCAR 2 ədəd 120 min ton tutumu olan "Suetsmaks" və 5 ədəd 80 min tutumlu "Aframaks" sinifli tanker əldə edib.

A.Əzimov bildirib ki, SOCAR 7 gəmini Türkiyədən əldə edib. O, razılaşmanın dəyərini açıqlamayıb.

Şərhlər

XƏBƏR LENTİ