SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Rusiyanın interneti kəsiləcək

Rusiyanın interneti kəsiləcək

Tarix:

12-02-2019, 14:03

/ 768 dəfə oxundu.
Rusiyanın interneti kəsiləcək

Rusiyada internet müvəqqəti olaraq kəsiləcək.
"Kaspersky Lab" antivirus proqramının yaradıcısı Natalya Kasperskinin rəhbərlik etdiyi qrup Rusiyanın dünya ilə əlaqəsini kəsəcək və "Runet"in necə işləyəcəyini yoxlayacaq. Məsələ ilə bağlı qərarın 1 aprelə qədər qəbul edilib sınağın həyata keçirilməsi gözlənilir. Müvafiq layihə ötən ilin dekabrında parlamentə təqdim olunub və Digital İqtisadi Milli Proqram adını daşıyır.

Sınaq, internet şəbəkəsinin təhlükəsizliyini yoxlamaq və xarici kiber hücumların qarşısını almaq məqsədi daşıyır. Bununla Rusiyanın dünya ilə digital əlaqəsi kəsilsə, internet infrastrukturunun necə işləyəcəyi test ediləcək.

Qeyd edək ki, Rusiya 2020-ci ildən etibarən ölkədə internet trafikinin 95%-də lokal nəzarəti həyata keçirməyi planlaşdırır.

Şərhlər

XƏBƏR LENTİ