XalqXəbər.Az

Meşədən bu meyvələri yığanlar cərimələnəcək

yüklənir...
Meşədən bu meyvələri yığanlar cərimələnəcək
5-02-2019, 17:58
yüklənir...

Artıq vətəndaşlar meşədən yığılan cır meyvələrin (alma, armud, zoğal, alça və s.) kiloqramına görə 1 manat, çaytikanının kiloqramına görə 3 manat, tökülmüş yarpaqların kiloqramına görə isə 50 qəpik ödəməli olacaq.

Bu barədə məlumat Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmiş 5 nömrəli əlavədə yer alıb. Qeyd olunub ki, meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs, həmin məhsulu geri qaytarmalıdır. Əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.

Qadağan edilən sahələrdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər aşağıdakı kimi müəyyən olunub:
Meşədən bu meyvələri yığanlar cərimələnəcək
Meşədən bu meyvələri yığanlar cərimələnəcək

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.