SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Gilan Holdinq" bazara çıxartdığı ərzaq məhsullarını bahalaşdırdı-35 faizə qədər

"Gilan Holdinq" bazara çıxartdığı ərzaq məhsullarını bahalaşdırdı-35 faizə qədər

Tarix:

4-02-2019, 11:47

/ 1 054 dəfə oxundu.
"Gilan Holdinq" bazara çıxartdığı ərzaq məhsullarını bahalaşdırdı-35 faizə qədər

"Milla" xamaları (20%-lik, 300 q) sürətlə bahalaşır. Yanvarın əvvəli 1,56 AZN-ə, ortası 1,77 AZN-ə, fevralın əvvəli isə 1,96 AZN-ə qalxıb.

Bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, bu məhsul dekabrda yanvar ayı ilə müqayisədə daha ucuz idi: "Həmin xamanın 25%-liyi isə bu müddətdə 1,60 AZN-dən 2,15 AZN-ə yüksəlib. Bir sözlə, son 1-2 ayda bu YERLİ məhsullar təxminən 35% bahalaşıb. Bu, hələki bir məhsul növü üzrədir. Yəqin ki digər məhsullarda da bahalaşma var. Nə baş verir? Dollar bahalaşmayıb. Bəlkə vergi qanunvericiliyinə edilmiş dəyişiklikə bağlıdır? Hər halda araşdırılmalı mövzudur".

Ekspert qeyd edib ki, hesablamanı daimi müştərisi olduğu "Bizim market" supermarketinin qiymətləri əsasında hazırlanıb.

AFN-in araşdırması zamanı məlum oldu ki, "Gilan Holdinq"in bütün məhsullarında bahalaşma var. "Şirkətin 350-dən çox adda məhsulu var satışda, hamısı bahalaşıb. "Milla"dı, "Çipsim"di, "Ülkər"di, "Lays", "Pepsi" kimi məhsulların hamısında 5 qəpikdən 40 qəpiyə qədər qiymət artımı baş verib"-deyə ticarətdə çalışan həmsöhbətimiz bildirdi.
P.S. Məlumat gecə saatlarında yayıldığı üçün qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. "Gilan Holdinq"dən məsələ ilə bağlı şərh almağa çalışacağıq.
"Gilan Holdinq" bazara çıxartdığı ərzaq məhsullarını bahalaşdırdı-35 faizə qədər
"Gilan Holdinq" bazara çıxartdığı ərzaq məhsullarını bahalaşdırdı-35 faizə qədər

Şərhlər

XƏBƏR LENTİ