XalqXəbər.Az

Qubad İbadoğlu höküməti istefaya səslədi: “Bundan böyük biabırçılıq ola bilməz”

yüklənir...
Qubad İbadoğlu höküməti istefaya səslədi: “Bundan böyük biabırçılıq ola bilməz”
30-01-2019, 09:51
yüklənir...

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad Ibadoğlu höküməti istefa verməyə səsləyib.

ADR sədri Azərbaycanın korrupsiyaya dair hesabatda 30 bənd geriləməsinə münasibət bildirib:

“Dövlətin nüfuzunu qorumaq üçün ən azından Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir.

Çünki bundan böyük biabırçılıq ola bilməz, baş verənlər tarixdə qara ləkə kimi qalacaq, hamımızı xəcalətli edəcək.

Korrupsiyaya dair hesabata görə əslində Azərbaycan 180 ölkə arasında 152-ci yerdə qərarlaşmayıb, Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə və eyni balla 152-156-cı yerləri bölüşdürür. Bu o deməkdir ki, Azərbaycan əvvəlki mövqeyindən 30-34 pillə geriləyib və dünyada korrupsiyanın artım sürətinə görə “çempion” olub. Azərbaycanda korrupsiyanın sürəti o qədər yüksək olub ki, əvvəlki siyahıda bizimlə yanaşı olan Qazaxıstanı və Cibutini ən azı 28 pillə, bizdən pis mövqedə olan Rusiyanı və İranı 14 pillə, Nigeriyanı isə 8, Uqandanı isə 3 pillə qabaqlayıb. Bu sürət davam edərsə, Azərbaycan gələn il nəinki Zimbabveni, İraqı və Venesuelanı ötər, hətta Şimali Koreyaya, Sudana və Suriyaya da çata, Somalinin əlindən “birinciliyi” də ala bilər. Azərbaycanda baş verən hətta adını çəkdiyim ölkələrdə baş versəydi, hökümət istefaya gedərdi. Odur ki, dövlətin nüfuzunu qorumaq üçün ən azında Nazirlər Kabineti ya özünü buraxmalı,ya da istefaya göndərilməlidir.

Çünki korrupsiya nərdivannda bir ildə ən azı 30 pillə qalxmaqdan böyük biabırçılıq ola bilməz, baş verənlər tarixdə qara ləkə kimi qalacaq və hamımızı xəcalətli edəcək.

Çünki korrupsiyaya qarşı mübarizə milli təhlükəsizlik məsələsi qədər önəmlidir. Məhz bu korrupsiyaya görə, Azərbaycan vətəndaşları yoxsuldur, onların böyük əksəriyyəti gündəlik dolanışıq həsrətindədir, gənclərimiz işsizdir, sadəlövcəsinə korrupsioner məmurların şirkətlərinə CV göndərir, korrupsiyalaşmış dövlət orqanlarında testə girir, müsabiqələrdən üzüqara çıxırlar, uşaqlarımız ödəniş ucbatından vaxtında tibbi müayinədən keçə, müalicə ala bilmirlər, ahıl vətəndaşlarımızın pensiyaları həkimə və dərmana çatmır, ölkəmiz olmayan nüfuzunu da itiririr, bizim Qarabağla bağlı haqq səsini qulaqardına vururlar.

Bunlar hamısı korrupsiyaya, korrupsiya isə bu hakimiyyətə görədir”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.