SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Keçmiş deputat Səfər Mehdiyevə İSTEFA VƏDİNİ xatırlatdı...

Keçmiş deputat Səfər Mehdiyevə İSTEFA VƏDİNİ xatırlatdı...

Tarix:

9-01-2019, 09:38

/ 1 255 dəfə oxundu.
Keçmiş deputat Səfər Mehdiyevə İSTEFA VƏDİNİ xatırlatdı...

2018-ci il iqtisadi baxımdan o qədər də qənaətbəxş olmadı.

Banklarda kredit problemi, bahalaşma və s. digər sosial çətinliklər ötən ildə həllini tapmadı. Baxmayaraq ki, bu istiqamətdə müəyyən proqramlar hazırlandı və addımlar atıldı, amma heç bir nəticəsi olmadı. Maraqlıdır, 2019-cu il iqtisadi sıçrayış, yoxsa tənəzzül ili olacaq? İnflyasiya gözləntisini necə dəyərləndirmək olar?
İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə bildirib ki, artıq 2019-cu ilin dövlət büdcəsi qəbul olunub: “Bu il də kifayət qədər yaxşılaşma gözlənilmir. Dövlət sektorunda çalışanların vəziyyəti stabil olaraq qalacaq. Özəl sektorla bağlı olan müxtəlif vergi güzəştləri tətbiqi müsbət amildir. Amma ümumilikdə iqtisadiyyatı tək vergiylə idarə etmək mümkün deyil. Gömrükdə artan aksiz vergisi və idxal rüsumları yeni ilin ilk günlərində özünü büruzə verməyə başlayıb. Müxtəlif istehlak və gündəlik tələbat mallarının qiyməti artıb. Bu baxımdan hesab etmirəm ki, əgər ciddi iqtisadi islahatlar aparılmasa, iqtisadi fəaliyyət stimullaşdırılmasa, daha çox insanın daha çox qazanması üçün şərait yaradılmasa, vəziyyət 2018-ci ildən də pis ola bilər. Vəziyyət bu cür qalsa, buna sevinmək daha yaxşı olar. Çünki iqtisadiyyatın aparıcısı olan neftin dünya bazarındakı qiymətlərində azalmalar müşahidə olunur. Bu mənada fevral ayında bağlanan fuçers müqavilələrində neftin bir barelinin 45 dollardan satışı müşahidə olunurdu. Bu gün faktiki olaraq neftin bir bareli 55 dollar civarındadır, dövlət büdcəsində isə 60 dollardan götürülüb. Vergi daxilolmalarında neft sektorunun payı azala bilər. Bu baxımdan həm də dövlət büdcəsinin gəlirləri azala bilər”.

Ekspert qeyd edib ki, 2019-cu ildən gözləntisi dövlətin iqtisadi islahatı daha da dərinləşdirməsi yönündədir: “İqtisadi təlatümlərin qarşısını almaq üçün ciddi islahatlar aparılmalıdır. Qənaətimcə, Dövlət Gömrük Komitəsinin fəaliyyəti və son günlərdə açıqladığı şok etirafları ölkədə monopoliya ilə bağlı olan və yaxud inhisarçı şirkətlərin “qorunması” ilə bağlı atdığı addımlar onu deməyə əsas verir ki, bu qurum ləğv olunmalıdır. (Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkədə inhisarçılığın olmadığını bildirmiş, buna dair fakt göstərən olsa istefaya gedəcəyini deyib: "Gömrük sistemində hər hansı məhsulun inhisarçılığı mümkün deyil. Biz malların ixracı ilə məşğul olmağa şərait yaradırıq. Kimsə elə bilir ki, mən inhisarçılığı qoruyuram. Xeyr, biz daxili bazarı qoruyuruq. Daxili bazarı və yerli istehsalı qorumaq məqsədi ilə hansısa xammalın rüsumlarını aşağı salırıqsa, bu da Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilir. Daxili bazarın tənzimlənməsinin açarı gömrük orqanlarındadır. Bu səlahiyyət də bizə cənab Prezident tərəfindən verilib. Daxili bazarı hansı şəkildə qorumaq lazımdırsa, qiymət siyasəti, tarif və qeyri-tarif bunu həyata keçirəcəyik”. -red) Gömrük Komitəsinin vergi yığma funksiyası Vergilər Nazirliyinə verilməlidir. Bütün dünyada olduğu kimi Gömrük Komitəsi komitə kimi yox, ancaq xidmət kimi fəaliyyət göstərməlidir. Yəni, ölkədə inhisarçılığın yaranmasını təşviq edən əslində Gömrük Komitəsinin açıqladığı məqamlardır.

Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta yığımının funksiyası Vergilər Nazirliyinə verildiyinə görə, bu qurumun ləğv olunmasını gözləyirəm. Ümumiyyətlə, bir çox qurum var ki, bir-birini təkrar edir. Dövlət əslində idarəetmə xərclərini azaltmalı və islahatlar aparmalıdır, həmçinin özəl sektora dəstək verməlidir. Özəl sektorun vergiyığma bazası nə qədər genişlənərsə, 2019-cu ili bir o qədər asan keçirmək olar. Buna görə hökuməti bu islahatları aparmağa səsləyirəm və hesab edirəm ki, sahibkarlığa əlavə stimul verilməlidir”.

Şərhlər

XƏBƏR LENTİ