XalqXəbər.Az

Mərkəzi Bankdan manatla bağlı mühüm açıqlama

yüklənir...
Mərkəzi Bankdan manatla bağlı mühüm açıqlama
28-12-2018, 14:34
yüklənir...

2018-ci ildə iqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli açıq bazar əməliyyatlarını aktivləşdirib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.

Bəyanatda bildirilib ki, Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 55 depozit hərracı, notların yerləşdirilməsi üzrə 51 hərrac keçirib:

"Depozit əməliyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28 gün müddətinə yerləşdirilib. 11 ayda Mərkəzi Bankın depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitin həcmi 9,7% azalıb və dövrün sonuna 1,75 mlrd. manat təşkil edib.

İl ərzində faiz dəhlizinin aşağı həddinin azaldılması ilə sterilizasiya əməliyyatları üzrə gəlirliyin enməsinə baxmayaraq, keçirilən hərraclarda tələbin təklifi əhəmiyyətli üstələməsi bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisitinin qaldığını göstərir”.

AMB bəyan edib ki, 2018-ci ildə inflyasiya təzyiqinin azalması və iqtisadi artımın pozitiv dinamikası kredit aktivliyinin tədricən bərpasına şərait yaradıb.

"2018-ci ilin 11 ayında kredit qoyuluşları 6,9% artıb. Lakin bankların iqtisadiyyata kredit vermək imkanları daha da yüksəkdir”, - deyə bəyanatda vurğulanıb.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.