SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Bloomberg"də dollar yenidən qalxdı

"Bloomberg"də dollar yenidən qalxdı

Tarix:

9-03-2017, 11:15

/ 1 389 dəfə oxundu.
"Bloomberg"də dollar yenidən qalxdı

“Bloomberg” terminalında dollar günə bahalaşma ilə başlayıb.

Mart ayının 9-da “Bloomberg” üzərində dollar 1.7831 manata kimi yüksəlib. Bu isə əvvəlki günlə müqayisədə dolların 0,17 % bahalaşması deməkdir. Qeyd edək ki, bundan əvvəl dollar günü 1.7800 manat kursu ilə yekunlaşdırmışdı.

Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.

Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış/satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Şərhlər

XƏBƏR LENTİ