SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycanda kənd təsərrüfatının məhsuldarlığı aşağıdır - Dünya Bankı

Azərbaycanda kənd təsərrüfatının məhsuldarlığı aşağıdır - Dünya Bankı

Tarix:

20-11-2018, 11:26

/ 1 092 dəfə oxundu.
Azərbaycanda kənd təsərrüfatının məhsuldarlığı aşağıdır - Dünya Bankı

"Azərbaycanda ümumi daxili məhsulun 6-7%-i kənd təsərrüfatının payına düşür. Halbuki, əhalinin 37-40%-i aqrar sektorda çalışır”.

Bunu Dünya Bankının Azərbaycan üzrə regional meneceri Həsən Naqvi deyib.

Onun sözlərinə görə, bu göstəricilər ölkədə kənd təsərrüfatının yaxşı inkişaf etməməsindən, bu sahənin məhsuldarlığının aşağı olmasından xəbər verir.

“Azərbaycanda aqrar sahə ilə məşğul olanlar Türkiyədəki həmkarlarından orta hesabla 3 dəfə, Polşadakı həmkarlarından isə 6 dəfə az məhsul istehsal edirlər. Məsələn, Azərbaycan fermeri 1 hektar sahədən 20 ton, türkiyəli fermer isə 60 ton pomidor yığır. Polşada bu rəqəm daha yüksəkdir. Və yaxud Azərbaycanda 1 hektar sahədən 7 ton, Türkiyədə 15 ton, Polşada isə 20 ton çox alma yığılır”.

Şərhlər

XƏBƏR LENTİ