yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Qala Həyat Sığorta” çöküş astanasında - maliyyə göstəriciləri pisləşib

“Qala Həyat Sığorta” çöküş astanasında - maliyyə göstəriciləri pisləşib
31-10-2018, 16:28 125 dəfə baxılıb

“Qala Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 33,977 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% azdır.

Son 1 ildə “Qala Həyat Sığorta”nın cəmi öhdəlikləri 34,4% azalaraq 14,186 mln. manata düşüb, cəmi kapitalı isə 5,1% artaraq 19,791 mln. manata çatıb.

2018-ci ilin I yarısında “Qala Həyat Sığorta”nın gəlirləri 15,324 mln. manat (2017-ci ilin eyni dövrünə nisbətən 18,2% az), xərcləri isə 14,541 mln. manat (17,5% az) olub. Son nəticədə şirkət 784 min manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 29,3% azdır.

Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,87 mln. manatdır. Şirkətin səhmlərinin 91,11%-i “AzRe Təkrarsığorta ASC-yə (“Qala Sığorta” ASC-nin 100%-lik, “Azər-Türk Bank” ASC-nin 6,55%-lik səhmdarı), 8,89%-i isə “Quna" MMC-yə məxsusdur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ