SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Turkcell" Azərbaycanın idman mərc oyunlarının təşkilindən imtina etdi – Payını 19 milyona SATDI

"Turkcell" Azərbaycanın idman mərc oyunlarının təşkilindən imtina etdi – Payını 19 milyona SATDI

Tarix:

31-10-2018, 12:59

/ 1 288 dəfə oxundu.
"Turkcell" Azərbaycanın idman mərc oyunlarının təşkilindən imtina etdi – Payını 19 milyona SATDI

Azərbaycanın idman mərc oyunlarının təşkilinə 8 ilə yaxındır ki, investisiya yatıran "Turkcell” "Azerinteltek”dəki payını satışa çıxarıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, artıq şirkət öz payını "Baltech Investment LLC”-yə satıb.

"Turkcell' şirkəti "Azerinteltek”dəki paylarının satışı haqqında açıqlama da verib:

"İnteltek İnternet Teknoloji Yatırım və Danışmanlık Ticaret A.Ş. (Turkcell) şirkətdə 55 faiz paya malik olub. "Azerinteltek”də sahib olduğu 51.000 AZN nominal dəyərdəki paylarının hamısını satışını həyata keçirib. Şirkət səhimlərini "Azerinteltek”də yüzdə 24,5 faiz paya malik olan "Baltech Investment LLC”-yə 19 milyon 530 min 177 avroya satıb. Hazırda satış alqı-satqısı ilə bağlı müqavilə üçün danışıqlar gedir, ətraflı ictimayyətə məlumat veriləcək”.

Qeyd edək ki, "Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. "Azərinteltek” QSC-nin ticarət nişanı olan "TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

Şərhlər

XƏBƏR LENTİ