SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Aylıq gəlirləri 8 min manatadək olan şəxslər gəlir vergisi verməyəcək

Aylıq gəlirləri 8 min manatadək olan şəxslər gəlir vergisi verməyəcək

Tarix:

24-10-2018, 15:38

/ 1 676 dəfə oxundu.
Aylıq gəlirləri 8 min manatadək olan şəxslər gəlir vergisi verməyəcək

Gələn il muzdla çalışanların gəlirləri ilə bağlı islahatlar həyata keçiriləcək.

Banker.az-ın məlumatına görə, bu barədə 2019-cu il dövlət büdcə zərfində öz əksini tapıb.

“2019-cu ildə büdcə-vergi siyasətinin əsas prioritetini muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi təşkil edir. Bu islahatın əsasını neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işdən aylıq gəlir vergisinə güzəştin müəyyən edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi təşkil edir. Belə ki, aparılacaq islahat nəticəsində ilk növbədə ödəyicilərin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqları ödənişləri üzrə ümumi yükünün azladılması, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi hədəflənir”, – deyə büdcə zərfində vurğulanıb.

Eləcə də bax: Əmək haqqı 200 manatdan çox olanlar 10% vergi ödəyəcək

Sənəddə qeyd olunub ki, islahatla 1 yanvar 2019-cu il tarixdən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 000 manatadək olduqda gəlir vergisi üzrə 100%, 8 000 manatdan çox olduqda isə 44% güzəştin edilməsi nəzərdə tutulub.

Eyni zamanda bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

Şərhlər

XƏBƏR LENTİ