yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

KTN-nin gənc şefi üçün bir neçə sual... - Hər halda bunları bilmək maraqlı olardı...

KTN-nin gənc şefi üçün bir neçə sual... - Hər halda bunları bilmək maraqlı olardı...
16-10-2018, 18:31 252 dəfə baxılıb

"Bu ilin avqust ayının 1-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb". Bu barədə iqtisadçı-ekspert Razi Abasbəyli məqaləsində qeyd edib.

Daha sonra müəllif yazır: "Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilib, onların əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. DAİM-in yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar.

Amma bu günə qədər xeyli məmur həbs edilib. Xeyli fermerə xəbərdarlıq edilib. Nə faydası? Taxıl əkməyən taxıla görə, pambıq əkməyən pambığa görə subsidiya alıb. Kim edib bunu? Əlbəttə ki, torpaqların üzərində əkin təyinatından xəbərsiz olan Kənd Təsəsrrüfatı Nazirliyi. Subsidiyalar Nazirlər Kabinetinin qərarına əsasən verilir. Amma KTN bu sahədə əkilmiş, biçilmiş, tədarük edilmə mərhələrinə heç bir formada nəzarət imkanlarına malik deyil. Nazirliyin yaratdığı DAİM-lərdə baytarlıq xidməti fəaliyyət göstərir. Amma necə? Baytarlarların rayon, kənd “Baytarlıq aptek”ləri ilə əlbir olub dərmanları fermerlərə satmasına dair, “google.az” internet resursunda minlərlə vətəndaş şikayəti var.

Onlar subsidiya alırlar????

- Şəkər çuğunduru istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi

- Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi

- Əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə subsidiyaların verilməsi

- Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiya verilməsi

- Barama istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi
- Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilir. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nda əksini tapıb.
- Qaydaya görə, susidiya arıçılıqla məşğul olan həm fiziki, həm də hüquqi şəxslərə veriləcək. Subsidiyanın məbləği hər arı ailəsinə görə, 10 manatdır.
- Bu qərar 2018-ci il də daxil olmaqla, 5 il müddətində qüvvədədir.

Subsidiya verilən onminlərlə insan var ki, aldığı subsidiyaya uyğun olmayan təyinat üzrə əkinçiliklə məşğul olur. Tutaq ki, KTN-nin vəzifəsi “Bir pəncərə” sistemi qurmaqdan ibarətdir. Hansı fermer KTN-ə şikayət edəcək ki, bu bir pəncərədən aldığı təlimata uyğun olaraq yerli icra strukturu ilə əlbir olaraq torpağının təyinatına uyğun olmayan subsidiya alır? Və ya fermerləri maarifləndirmək mövzusu…

Fermer kənd təsərüfatı texnikası tapa bilmir. Taxıl sahədə batır. Və ya pambığı yığmaq üçün kombayn çatışmır. Nə qədər ”Qaynar xəttə” telefon açsın? Problem həllini tapmır və yağış yağır, təbiət zaman tanımır. Cənab İnam Kərimov! Axı sizing səlahiyyətləriniz indi çoxunda var və özünüz də etiraf edərsiniz ki, səlahiyyətləriniz parçalanmış dövlət qurumlarındadır. Məsələn Qida Təhlükəsizliyi Agentliyi. Baytarların nə qədər səlahiyyətləri KTN-dən alınaraq onlara verilib.

Və ya azexsport.az . Azexsport ASC birbaşa olaraq xaricə yerli kənd təsərrüfatı məhsullarının ixracatını təşkil edir. Amma KTN-nin də bir strateji hədəfi var ki, xaricə idxal edilən məhsulların rəqabətə davamlılığını təşkil edəsiniz. Yerli tədarük və istehsal hesabına kənd təsərüfatı məhsullarının xaricə ixracatının stimullaşdırmaq üçün seminar, təlim keçmək yetərlidirmi?

Əlimizdə olan statistikaya əsasən 2017-ci ildə 2.7 milyon manta ixrac təşviqinə vəsait sərf edilib. Cari ilin 9 ayı ərzində ixrac təşviqinə nə qədər pul ayrılıb? 3 milyon manatdan da çox.. Təşviq işləri necə həyata keçirilib. Qablaşdırma, menecment siyasətində ABAD daha aktivdir. Azərbaycanın yerli kənd təsərrüfatı məhsullarının xaricdə təşviqi prossesində ABAD daha aktiv iştirak edib. KTN nə qablaşdırmada, nə xarici bazarların təşkilində, nə də yerli tədarük dövründə yoxdur.

Başqa bir fakt da xatıraladaq?

KTN cins heyvanların ixrac imkanlarının araşdırılması üçün dövlət büdcəsindən dəstək alır. Həm də kifayət qədər böyük vəsait hesabına. Azərbaycan carı ildə xaricə cins heyvan ixracatında hansı uğurlara nail olub? Bəlkə “Qurban bayramları”nda Azərbaycana idxal edilən iri və xırdabuynuzlu heyvanlarla bağlı Dövlət Gömrük Komitəsinin statistik hesabatlarına diqqət edək?! Bu hesabatlarda nəinki ixracat, idxalat daha böyük rəqəmlərlə ifadə olunur.

Və Nəhayət bir pəncərə üzrə ixraca dəstək verən vətəndaşların sayı barədə. Onların sayı artıb. Statistika onu deyir. Amma real olaraq ixracatda bu müraciət edən vətəndaşlar necə iştirak edib? Bilirsinizmi? Çox passiv! Çünki ixracatımızın əsas potensial bazarı ilan Rusiyada yerli valyuta tədarük dövründə dəyər itirib. Və bu dəyər itkisindən ehtiyat edən ixracatçı fermerlər gözləyiblər. Gözləyərək də tədarük etdikləri məhsulların saxlanma şəraitinin olmaması səbəbindən dəyər də itiriblər, malda, pul da…

Ardı var…

Daha ölkənin qeyri-neft sektorunun inkişafı üçün düşüncələrimizi, təkliflərimizi ifadə etməkdə davam edəcəyik. İnanırıq ki, qarşılıqlı müzakirələrdə KTN də iştirak edəcək. Məqsədimiz Azərbaycanda kənd təsərrüfatı sektoruna real dəstək platformalarının tezislərini tapmaqdır".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ