SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bu da quzu başı sığallamaq deyil ki... - KTN-nin gənc şefinin menyüsünə...

Bu da quzu başı sığallamaq deyil ki... - KTN-nin gənc şefinin menyüsünə...

Tarix:

15-10-2018, 16:02

/ 1 359 dəfə oxundu.
Bu da quzu başı sığallamaq deyil ki... - KTN-nin gənc şefinin menyüsünə...

Azərbaycanda qeyri-neft sektorunun inkişaf göstəriciləri son illərdə bir qədər yaxşılaşıb. Amma streteji olaraq yol xəritələri, dövlət başçılarının göstərişləri necə icra edilir? Hansı məmurlar, hansı səlahiyyət toqquşmaları hədəfə çatmaq üçün dövlət proqramlarının icrasına mane olur? Ölkənin aqrar sektor üzrə kreditləşmədən tutumuş, xüsusi dövlət təmiantlı aqrar inkişaf proqramlarını həyata keçirmək, ixracatda aqrar məhsulların həcmini artırmaq, dövlət sifarişi ilə bu məhsulların xarici bazarlara çıxarılmasını təmin etmək necə təşkil etmək olar?

Təbii ki, sualların cavablarını araşdırmaq üçün uzun bir zaman lazımdır. Və hər halda bu sahədə Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi stosionar və səyyari layihələr, qısa müddətli pilot layihələrlə bağlı detallıca məlumat almaq mümkünsüzdür. Ən əsası odur ki, KTN-nin investitsiyalar üzrə maliyyə siyasəti ortada böyük şübhələr yaradır? Suallar açıqdır? KTN kənd təsərrüfatı sektoruna pulsuz olaraq və ya güzəştli kreditlərin verilməsi prossesində necə iştirak edə bilir? Sadəcə olaraq baytarlıq xidməti və ya fitosinor xidmət göstərməklə nazirlik öz işinin icra edildiyinimi düşünür?
Qeyri-neft sektorunun stratjei inkişaf proqramı -
Əslində bu suallara cavab almaq üçün o qədər də ciddi araşdırma aparmaq lazım deyil. Məsələn KTN-nin toxumçuluq üzrə labaratoriyaları Milli Elmlər Akademiyası ilə səlahiyyət bölgüləri bəzən qarşılıqlı maraq toqquşmaları yaradır. Dənli bitki sortlarının məhsuldarlığının artırılması ilə bağlı olaraq aparılan araşdırmalar sonuc olaraq yeni sortların yaranması üçün aparılan təcrübələr effekt vermir. Azərbaycan üzrə coğrafi iqlim şərtlərinin araşdırılması, əkin sahələrinin ayrılması, suvarma sistemlərinin tədqiq edilməsi kimi kompleks tədbirlər əslində KTN üçün strateji layihələrin icrasına daha vacibdir. Amma bütün bu səlahiyyətlər KTN-ə verilibmi? Əlbəttə ki, yox!
Qeyri-neft sektorunun stratjei inkişaf proqramı -
Öhdəliklər KTN qarşısında qoyulur. Bununla belə torpaqlıarın analızının aparılmasında belə, nazir İnam Kərimovun labaratoriya üzərində qərarları keçərli deyil. Burada söhbət heç də şəxsdən deyil, üzərinə böyük öhdəliklər qoyulan nazir postundan gedir. Tutaq ki, nazir arıçılıq, baramaçılıq, iri və xırda buynuzlu özəl təsərrüfat subyektlərində olur. Foto çəkdirir, motivasiya verir o fermerlərə...

Amma gəlin araşdıraq görək, o fermerlərə praktik olaraq İnam Kərimovun timsalında mühim dəstək, maliyə və texniki dəstək etmək vədlər realdırdı? Deyil. Birmənalı olaraq mümkün deyil. Çünki KTN-nin səlahiyyətləri ən yaxşı halda Gəncə Dövlət Aqrar Universitetində tələbələrə pambıq yığmağın incəliklərini öyrətməyə çatır...

Və ya traktor sümək, balıq yemələmək və sair.

İndi bizlər İnam Kərimovdan "dağı dağ üstə qoymaq" prinsiplərini niyə tələb edək. Heç iribuynuzlu maldarlıq təsərrüfatlarında belə nazirin süni mayalanma mərkəzlərində səlahiyyətləri yarımçıqdırsa...

Pambıq planı və bir də Ucar Pambıq Tədarük Məntəqəsində ötən ildən yığılıb qalan 400 min ton pambığın taleyi necə olacaq? Axı dövlət proqramı icra edilib, pambıq tədarük olunub, amma təmizlənməyib və artıq indi onu nə sənayedə, nə də digər sahələrdə istifadə etmək mümkündü, el dilində desək apar tulla... Nə çox konkret sual var... Kim cavab versin...
Qeyri-neft sektorunun stratjei inkişaf proqramı -
Bəs taxılı necə toplayaq, axı texnika çatışmır. Çünki fermerə təklif edilən texnikaların qiyməti çox bahadır. KTN də bu işdə sadəcə sürəkli alıqşlarla tamaşaçılıq etmirmi? Bələ yanılırıq...

Və ya KTN-nin ən yaxşı halda qoca və yorğun kadrların yanında gənc fotoqraflarla gözəllik yaratmaq kimi bir çabaları varsa, bunun kənddə soğan əkən Tükəzban xalaya nə dəxli, onun üçün ən gözəl anılar elə orta məktəbdəki "vinetka" şəkilləridir.

Bütün bu sadaladıqlarımızı rəqəmlərlə, aqrar sektor üçün "Strateji Yol Xəritəsi" olaraq detallarla yazcayıq. Çox istərdik ki, nazirlik də suallarımıza cavab versin... Bəlkə o zaman daha faydalı olan bir məntiqi sonluq ortaya çıxar...
Razi Abasbəyli - iqtisadçı-ekspert

Şərhlər

XƏBƏR LENTİ