yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Unibank” pensiyaçıların son qəpiyini də əlindən alır - NARAZILIQ

“Unibank” pensiyaçıların son qəpiyini də əlindən alır - NARAZILIQ
15-10-2018, 09:46 151 dəfə baxılıb

“Unibank”ın yenə də məhkəmə qərarını heç sayması ilə vətəndaşın narazılığına səbəb olub. Ümumiyyətlə, bankların son illərdə özbaşına davranışları bu sektoru olan inamı maksimum səviyyədə azaldıb.

“Cümhuriyət” qəzetinə müraciət edən şikayətçi bildirib ki, krediti ödəyə bilmədiyi üçün “Unibank” onu məhkəməyə verib. Məhkəmə isə kreditin hər ay pensiya kartından tutulması haqqında qərar verib: “Məhkəmə qərarı ilə hər ay aldığım pensiyanın yarısı tutulurdu. Buna etirazım yoxdur. Borcdur, tutsunlar. Amma məhkəmə qərarına uyğun tutulsun.

“Unibank” 10 ay pensiyamın yarısını kreditə görə tuturdu. Amma oktyabr ayında pensiyanın 100 faizi bank tərəfindən tutulub.Etirazım bunadır. Bank onsuz da bir dəfə məni aldadaraq manat kreditini dollara çevirdi. Sonra da devalvasiya oldu, krediti ödəyə bilmədim.İndi də “Unibank” məhkəmənin verdiyi qərarı pozur. Əgər bir özəl bank bu cür davranırsa, o, zaman bu məhkəmələrə, onların verdiyi qərarlara nə ehtiyac var? Elə banklar özləri məhkəmə qursunlar, özləri də necə istəyir qərar versinlər. Onsuz da “Unibank” necə istəyir o cür də davranır”.

Şikayətçi qeyd edib ki, “Unibank” onu məhkəməyə verəndə, proses baş tutanda ondan xəbərsiz olub:

“Heç mənim o zaman da məhkəmədən xəbərim olmayıb. Məhkəməyə dəvət almamışdım. Sonradan icraçı zəng edib məhkəmənin belə bir qərar verdiyini, qərardadın mənə çatdırılacağını dedi. Ancaq o zaman da etiraz etmədim. İcraçı özü də dedi ki, hər ay pensiya kartından məbləğin 50 faizi tutulacaq. Ancaq indi belə qanunsuzluq edirlər. Yəqin ki, bank bunu ya özbaşına edib, ya da icraçı ilə razılaşdırılıb. Bütün hallarda mən Azərbaycan vətəndaşıyam və mənim hüquqlarım pozulub”.

Ümumiyyətlə, bankların davranışları son zamanlar vətəndaşların ciddi narazılığına səbəb olur. İstər əmanətlərin qaytarılmasında, istərsə də problemli kreditlərə görə məhkəmə işlərində uduzan, zərər çəkən tərəf vətəndaş olur. Bütün yük vətəndaşın üzərinə yüklənir. İndi isə “Unibank” məhkəmə qərarını pozmaqla, özbaşına davranışla gündəmə gəlib. Bütün bunlar vətəndaşları banklardan uzak salam amillərdir.

Hüquqşünas, bankməsələləri üzrə ekspert Əkrəm Həsənovda “Cümhuriyət” qəzetinəaçıqlamasında bankın qanunsuz addım atdığını deyib. Ə.Həsənov vətəndaşların belə halla qarşılaşdığı zaman banka qarşı məhkəmə iddiası qaldırmalı olduğunu bildirib:

“Bankın bu addımı qanunsuzdur. Əgər məhkəmə qərar veribsə, bank həmin qərara uyğun olaraq davranmalıdır. Təyin olunan məbləğdən artıq vəsait tutmaq qanunsuzdur. Vətəndaş bu halla qarşılaşırsa, həmin bank haqqında məhkəmə iddiası qaldıra, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilər. Eyni zaman Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət etməlidir ki, bank haqqında tədbir görülsün”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ