yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Baş bankir iqtisadiyyatı pulsuz qoyub

Baş bankir iqtisadiyyatı pulsuz qoyub
8-10-2018, 14:42 105 dəfə baxılıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Mərkəzi Bank (AMB) qarşısında olan öhdəlikləri 2018-ci il sentyabrın 1-nə 6 036,4 milyon manat təşkil edib. AMB-nın verdiyi xəbərə görə, öhdəliklərin həcmi avqustun 1-nə olan analoji göstərici ilə müqayisədə 14,3 milyon manat və ya 0,2 faiz azalıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin banklara və BOKT-lara tələbi 976,1 milyon manat və ya 13,9 faiz azalıb. Qeyd edək ki, bankların AMB-yə öhdəliklərinin bugünədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 milyon manat təşkil edib.

Hüquqşünas Əkrəm Həsənov bank və BOKT-ların mərkəzləşmiş öhdəliklərinin azalmasını “Cümhuriyət” qəzetinə şərh edib. O deyib ki, kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının Mərkəzi Bank qarşısında öhdəliyi bu bankdan götürdükləri kreditlər üzrə olur:

“Əgər bu öhdəliklər azalırsa, bu o deməkdir ki, Mərkəzi Bank kreditləşməni azaldıb. Yəni, MB az kredit verdiyi üçün mövcud vəziyyət yaranır. Əslində bu, yaxşı hal deyil. Ölkə iqtisadiyyatında pul çatışmır və Mərkəzi Bank da kreditləşməni azaldıb. Məlumdur ki, MB banklara və bank olmayan kredit təşkilatlarına kreditləri uçot dərəcəsi ilə verir. Əgər bu ilin əvvəlində 15 faiz idisə, hazırda 10 faizdir. Baxmayaraq ki, uçot dərəcəsi aşağıdır, amma Mərkəzi Bank kredit vermir. Ümumiyyətlə, MB elan verə bilərdi ki, kreditləri faizsiz verir. Onsuz da kredit vermir. Mərkəzi Bankın son 10 il ərzində apardığı siyasətini davam etdirir, yəni ölkəni pulsuz qoyur. MB iqtisadiyyatı pulsuz qoymaqla devalvasiyanın və inflyasiyanın qarşısını almağa çalışır. Bu, yaxşı hal deyil”.

Ekspert onu da qeyd edib ki, hazırda dövriyyədə olan pullar Mərkəzi Bankın banklara, BOKT-lara və Maliyyə Nazirliyinə kredit kimi verdiyi vəsaitdir:

“MB milli valyutanı banklara, BOKT-lara və Maliyyə Nazirliyinə kredit vermə yolu ilə dövriyyəyə buraxır. Əgər ölkənin baş maliyyə qurumu bu qurumlara və təşkilatlara kreditlərin verilməsin azaldırsa, bu o deməkdir ki, dövriyyədə pul da, iqtisadi aktivlik də aşağıdır. Mərkəzi Bank ona görə krediti az verir ki, dövriyyədə pul az olsun və dollar alan olmasın. Son nəticədə devalvasiyanın qarşısı alınır, pul çox olanda inflyasiya da ola bilər və qiymət artar. AMB bunu sivil yolla tənzimləyə bilmədiyi üçün inzibati üsullara əl atır. Məqsəd isə dövriyyədə pulu azaltmaqdır, belə olan halda da heç kəs dollar ala bilmir, qiymətlər də qalxmır. Bunu da öz hesabatlarında göstərirlər ki, inflyasiyanın da, devalvasiyanın da qarşısını alıblar”.
Cebhe.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ