SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Ekspert: “Yaxşı kadrları azdır, Mərkəzi Bank da imkan düşdükcə badalaq vurur...”

Ekspert: “Yaxşı kadrları azdır, Mərkəzi Bank da imkan düşdükcə badalaq vurur...”

Tarix:

5-10-2018, 13:51

/ 1 368 dəfə oxundu.
Ekspert: “Yaxşı kadrları azdır, Mərkəzi Bank da imkan düşdükcə badalaq vurur...”

Bank üzrə mütəxəssis: “Rüfət Aslanlı nəinki maliyyə sektoru üzrə, ümumiyyətlə, dövlət məmurları arasında ən savadlı və bacarıqlı kadrlardan biridir”

“Bundan sonra Palatada bir idarəetmə orqanı olacaq, deməli, məsuliyyət də tam onun üzərində olacaq”.

Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov yeni nizamnaməni şərh edərkən açıqlamasında qeyd edib.

Dünən prezident İlham Əliyev tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin yeni nizamnaməsi təsdiqlənib. Nizamnaməyə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru), valyuta mübadiləsi fəaliyyəti və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını, tənzimlənməsini və həmin sahələrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin edir. Palata ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.
Palatanın fəaliyyətinin məqsədi maliyyə bazarları sahəsinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və bu sahəyə nəzarəti həyata keçirmək, Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır. Yeni nizamnamədə MBNP-nin Direktorlar Şurası ləğv olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlı idi. Prezidentin qərarı ilə Rüfət Aslanlı faktiki olaraq vəzifəsini itirib.

Maraqlıdır ki, bu dəyişiklik qurumun işinə necə təsir edə bilər? Ümumilikdə Rüfət Aslanlının MBNP-nin Direktorlar Şurasının sədri kimi fəaliyyətini necə dəyərləndirmək olar? MBNP az da olsa, maliyyə bazarında stabilləşməyə nail ola bilibmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Antikollektor” MMC-nin direktoru, bank üzrə mütəxəssis, vəkil Əkrəm Həsənovun fikirlərini öyrənib.

Əkrəm Həsənov: “Bütövlükdə Palata gözləntiləri doğrultmasa da, hər bir halda banklara Mərkəzi Bankdan qat-qat savadlı və dürüst nəzarət edir”.

Yeni nizamnamə ilə palatanın bir idarəetmə orqanı olacağını və bunun müsbət addım olduğunu vurğulayan bank üzrə mütəxəssis Əkrəm Həsənova görə, təəssüf doğuran amil Rüfət Aslanlı kimi bacarıqlı kadrımn kənarda qalmasıdır:

“Ümumən yeni nizamnaməni müsbət qiymətləndirirəm. Çünki Palatadakı ikihamiyyətliyə, daxili çəkişmələrə son qoyuldu. Bundan sonra Palatada bir idarəetmə orqanı olacaq, deməli, məsuliyyət də tam onun üzərində olacaq. Rüfət Aslanlı nəinki maliyyə sektoru üzrə, ümumiyyətlə, dövlət məmurları arasında ən savadlı və bacarıqlı kadrlardan biridir.
Təəssüf ki, Palatada işi alınmadı. Əvvəla, ilk gündən Mərkəzi Bankla qarşıdurma şəraitində işləməli oldu. Daha sonra Palatanın öz daxilində çəkişmələr başladı. Nəhayət, öz xasiyyəti və bəzi kadr səhvləri ona mane oldu.

Ümid edirəm ki, bunlardan düzgün nəticələr çıxaracaq və dövlətimiz ondan istifadə edəcək. Bütövlükdə Palata gözləntiləri doğrultmadı. Amma hər bir halda banklara Mərkəzi Bankdan qat-qat savadlı və dürüst nəzarət edir. Sadəcə problem çoxdur. Yaxşı kadrları azdır, Mərkəzi Bank da imkan düşdükcə badalaq vurur. Ümid edək ki, bundan sonra işində dönüş yaranacaq”.

pia.az

Şərhlər

XƏBƏR LENTİ